Test

Gəncə Şəhər İcra Hakimiyyətinin, Gəncə–Daşkəsən Regional Gənclər və İdman İdarəsinin, Azərbaycan Velosiped Federasiyasının və Gəncə Gənclər Evinin birgə təşkilatçılığı ilə 3 İyun – Dünya Velosiped Günü münasibətilə veloyürüş baş tutub.

Veloyürüş Heydər Əliyev Park-Kompleksinin ərazisində yerləşən Zəfər Tağının qarşısından start götürərək velosiped zolağı istiqamətində davam edib. İştirakçılar 6 kilometrdən artıq marşrut üzrə hərəkət etdikdən sonra yürüşü yenidən Zəfər Tağının qarşısında başa vurublar.

Tədbirin keçirilməsində əsas məqsəd yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği, velosiped idman növünün təşviqi və bu sahəyə marağın artırılması olub.

3 İyun – Dünya Velosiped Gününə həsr olunan veloyürüş iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və yüksək əhval-ruhiyyə şəraitində keçib.

Önceki Haber Gəncədə 'meydandan Arenaya' Layihəsinin Növbəti Mərhələsi Keçirilib
Sonraki Haber 'heydər Əliyev Məktəbi' Layihəsinə Start Verilib

Yorum Yap