Niyazi Bayramov Tbilisidə Keçirilən Xvı Regional Dayanıqlı İnkişaf Forumunda İştirak Edir
Forumdan əvvəl Niyazi Bayramov, Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyevlə və ölkəni forumda təmsil edən digər rəsmilərlə birgə Tbilisidə yerləşən Heydər Əliyev adına parkda Ümummilli Liderin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb.
Qeyd edək ki, forumun əsası 2007-ci ildən Tbilisi Yerli İqtisadi İnkişaf Forumu (LED Forum) kimi qoyulub. Bu platforma şəhərlərin dayanıqlı inkişafına və tərəqqisinə yönəlmiş gələcəyinin qurulmasına xidmət edən müzakirələrin aparılması, təcrübə mübadiləsi və uzunmüddətli tərəfdaşlıqların formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Hər il keçirilən forum yerli və beynəlxalq məruzəçiləri, müxtəlif sahələr üzrə ekspertləri, bələdiyyə nümayəndələrini və akademik dairələrin təmsilçilərini bir araya gətirərək, dayanıqlı inkişaf sahəsində aktual məsələlərin müzakirəsi üçün geniş imkanlar yaradır.





Ganja Şura Haberleri
- 19-08-202618:24 Niyazi Bayramov Növbəti Dəfə Vətəndaşlarla Səyyar Qəbul Keçirib
- 17-08-202616:04 Gəncədə 'coca-cola İlə Xəzər Yay' Festivalı Keçirilib
- 13-08-202616:44 Gəncədə Bərk Məişət Tullantılarının İdarə Edilməsinin Təkmilləşdirilməsinə Dair Görüş Keçirilib
- 13-08-202609:26 Niyazi Bayramov Növbəti Dəfə Sakinlərlə Görüşüb
- 06-08-202611:49 Niyazi Bayramov İsrailin Azərbaycandakı Səfiri İlə Görüşüb
- 05-08-202622:54 Niyazi Bayramov Növbəti Dəfə Vətəndaşlarla Görüşüb
- 05-08-202622:44 Niyazi Bayramov Mktib-nə Gətirilən Yeni Texnikalara Baxış Keçirib
- 31-07-202614:41 Gəncədə Dövlət Qulluqçuları Üçün Təlimlər Keçirilib
- 31-07-202612:09 Gəncə Şəhəri İlə Qırğızıstanın Oş Şəhəri Arasında Qardaşlaşma Haqqında Memorandum İmzalanıb
- 31-07-202608:25 Gəncədə 'heydər Əliyev Məktəbi' Layihəsinin Üçüncü Mərhələsinin Açılış Mərasimi Keçirilib

