Gəncədə 'sağlam Həyat Tərzinin Təşviqi' Layihəsinin Açiliş Tədbiri Keçirilib
03 sentyabr 2026 | 15:21

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ekoloji Renesans” İctimai Birliyi tərəfindən həyata keçirilən “Sağlam həyat tərzinin təşviqi” layihəsinin açılış tədbiri keçirilib.
YAP Gəncə şəhər təşkilatının inzibati binasında keçirilən tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin, aidiyyəti dövlət qurumlarının, bələdiyyələrin, ali və ümumtəhsil müəssisələrinin, QHT-lərin, mütəxəssislərin, gənclərin və könüllülərin nümayəndələri iştirak ediblər.
“Ekoloji Renesans” İctimai Birliyinin sədri və layihə rəhbəri Leyla Məmmədova çıxış edərək sağlam həyat tərzinin təşviqinin ətraf mühitin qorunması, iqlim dəyişmələri, su ehtiyatlarının və biomüxtəlifliyin mühafizəsi ilə sıx bağlı olduğunu bildirib və bu istiqamətdə əməkdaşlığın vacibliyini vurğulayıb.
Tədbirdə çıxış edən qonaqlar ekoloji maarifləndirmənin, gənclərin ekoloji təşəbbüslərə və könüllülük fəaliyyətinə cəlb olunmasının əhəmiyyətindən danışıblar. Layihənin təlimçisi Vüsal Musayev layihənin məqsədləri və qarşıda duran fəaliyyətlər barədə məlumat verib.
Daha sonra sağlam həyat tərzi, ekoloji məsuliyyət, yaşıllıqların artırılması, su və enerji resurslarından səmərəli istifadə, eləcə də gənclərin ekoloji təşəbbüslərdə iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, layihə çərçivəsində 3 ali təhsil müəssisəsi və 3 ümumtəhsil məktəbində 6 maarifləndirici təlimin keçirilməsi, 100 ağacın əkilməsi və 250 nəfərin iştirakı ilə Yaşıllıq Forumunun təşkili nəzərdə tutulur. Forumda layihənin nəticələri, Gəncənin aktual ekoloji məsələləri və gələcək əməkdaşlıq imkanları müzakirə ediləcək.
Ganja Şura Haberleri
- 11-09-202613:20 Gəncədən Olan Nümayəndə Heyəti Qomel Şəhərində Bir Sıra Müəssisələrin Fəaliyyəti İlə Tanış Olub
- 09-09-202617:28 Gəncədə Şəhid Övladlarına Məktəb Ləvazimatları Təqdim Olunub
- 08-09-202615:54 Yap Gəncə Şəhər Təşkilatının Onuncu Hesabat Konfransı Keçirilib
- 03-09-202614:48 Gəncədə 'sağlam Həyat Tərzinin Təşviqi' Layihəsinin Açiliş Tədbiri Keçirilib
- 02-09-202617:58 İcra Başçısı Növbəti Dəfə Səyyar Qəbul Keçirib
- 02-09-202615:19 Niyazi Bayramov Ali Məktəblərə Qəbul İmtahanlarında Yüksək Nəticə Göstərən Gəncə Şəhər Məktəblərinin Məzunları İlə Görüşüb
- 02-09-202612:53 Niyazi Bayramov Müxtəlif İdman Növləri Üzrə Yüksək Nəticələr Göstərən İdmançılarla Görüşüb
- 01-09-202610:06 Uşaq Hüquqlarının Müdafiəsi Üzrə Regional Təlim Keçirilib
- 31-08-202616:38 Niyazi Bayramov Aztv-nin Bölgə Müxbiri İlə Görüşüb
- 31-08-202611:46 Niyazi Bayramov Şəhid Övladları İlə Birgə 'kəpəz' – 'turan-tovuz' Oyununu İzləyib

