Test

Gəncə şəhər Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının onuncu hesabat konfransı keçirilib.

Əvvəlcə Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri düzülüb.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin, həmçinin ölkənin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Konfransın gündəliyi təsdiq edildikdən sonra YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov hesabat məruzəsi ilə çıxış edib.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev çıxış edərək bildirib ki, bu gün Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəyə böyük nüfuz qazandırıb.

Konfransda YAP Gəncə şəhər təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib və Yeni Azərbaycan Partiyasının VIII qurultayına nümayəndələr seçilib.

Önceki Haber Gəncədə 'sağlam Həyat Tərzinin Təşviqi' Layihəsinin Açiliş Tədbiri Keçirilib
Sonraki Haber Gəncədə Şəhid Övladlarına Məktəb Ləvazimatları Təqdim Olunub

Yorum Yap