Gəncədə Prezident İlham Əliyevin Abş Və Çin Xalq Respublikasına İşgüzar Səfərlərinin Əhəmiyyətinə Həsr Olunan Dəyirmi Masa Keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Gəncə Şəhər İcra Hakimiyyəti, Gəncə Şəhər Ağsaqqallar Şurasının təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik İli" çərçivəsində "Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin ABŞ-a və Çin Xalq Respublikasına işgüzar səfəri çərçivəsində ABŞ, Çin-Azərbaycan münasibətləri bir çox sahələrin dinamik inkişafına səmərəli töhfə verəcəkdir" mövzusuna həsr olunmuş dəyirmi masa keçirilib.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Şəhərin mədəni irsinin qorunması şöbəsinin müdiri Yadigar Bədəlov, Gəncə Şəhər Ağsaqqallar şurasının sədri, professor Nurəddin Məmmədov, Qərbi Azərbaycan İcmasının Gəncə şəhər nümayəndəliyi, Gəncə Ağsaqqallar Şurasının üzvləri, ali məktəblərin, kolleclərin, müəssisə-təşkilatların rəhbərləri və ziyalılar iştirak ediblər.
Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Professor Nurəddin Məmmədov iştirakçıları salamladıqdan sonra, mövzu ətrafında məlumat verib. Çıxış edən Yadigar Bədəlov, ADAU-nun Tədris işləri üzrə prorektoru Əhməd Məlikov və İctimai fənlər kafedrasının müdiri, dosent Elgün Aslanov mövzu ətrafında geniş məruzə ilə məlumat veriblər.
Daha sonra çıxış edənlər GDU-nun professoru Həsənbala Sadıqov, Gəncə Tibb Kollecinin direktoru, Əməkdar həkim Mehman Rzayev, Gəncə Ağsaqqallar Şurası sədrinin birinci müavini Zabit Xəlilov, ATU-nun dosenti Hüseyn Budaqov, QAİ İdarə heyətinin üzvü, dosent Bayram Apoyev və başqaları tam əminliklə birmənalı olaraq bildiriblər ki, bu möhtəşəm səfərlər ABŞ, Çin-Azərbaycan iqtisadi ticarət əlaqələrinin gələcək inkişafına da səmərəli töhfə verəcək.
Ganja Şura Haberleri
- 27-04-202616:00 Gəncə Şəhər Ərazisində Yerləşən Kəsim Məntəqələrində İlkin Monitorinq Keçirilib
- 27-04-202613:35 Gəncədə Şagirdlər Üçün Şəhərsalma Mövzusunda Görüş Keçirilib
- 24-04-202616:41 Gəncə Şəhər İcra Hakimiyyətində Baş Prokurorluq Tərəfindən Araşdırma Aparılması İlə Bağlı Yayılan Məlumatlar Əsassızdır
- 24-04-202616:41 Gdu-nun Doktorantı Rəsul Yusibov Macarıstanda Beynəlxalq Elmi Konfransda İştirak Edib
- 24-04-202614:15 Gəncənin Bələdiyyə Sədrləri Konfransda İştirak Ediblər
- 24-04-202611:50 Gəncədə Türkiyənin Milli Suverenlik Və Uşaq Bayramına Həsr Olunmuş Tədbir Keçirilib
- 24-04-202609:25 Gəncədə 'ı Yaşıl İqtisadiyyat' Beynəlxalq Forumu Keçirilib
- 23-04-202611:37 Nümayəndə Heyətinin Çinə Səfəri Davam Edir
- 23-04-202609:12 'gəncə Avtomobil Zavodu' İstehsalat Birliyi Çin Şirkətləri İlə Əməkdaşlığı Genişləndirir
- 22-04-202612:38 Gəncənin Nümayəndə Heyətinin Çindao Şəhərinə Səfəri Davam Edir

