Test

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev və Gəncə Avtomobil Zavodunun direktoru Kamran Nəzərov Belarus Respublikasının Qomel şəhərində səfərdədirlər.

Nümayəndə heyəti Qomel şəhərinin yaranmasının 884-cü ildönümü münasibətilə keçirilən “Qomel Şəhər Günü” tədbirlərində iştirak etmək məqsədilə Belarusun bu şəhərinə səfər edib.

Səfər çərçivəsində Adil Tağıyev və Kamran Nəzərov şəhərin daha bir neçə aparıcı müəssisəsinin fəaliyyəti ilə tanış olublar.

Belə ki, onlar metal emalı dəzgahları istehsal edən “StankoGomel” ASC-yə baş çəkiblər. Qonaqlara müəssisənin istehsal imkanları və məhsul çeşidləri barədə məlumat verilib. Bildirilib ki, 1885-ci ildə əsası qoyulan müəssisədə müasir CNC dəzgahları, emal mərkəzləri və digər avadanlıqlar istehsal olunur. Məhsulların əhəmiyyətli hissəsi xarici bazarlara, o cümlədən Rusiya, Qərbi Avropa, Yaxın Şərq və digər regionlara ixrac edilir. Burada hazırda 580 işçi çalışır.

Daha sonra nümayəndə heyəti 1919-cu ildən fəaliyyət göstərən “Komintern” ASC-də olub. Burada müəssisənin istehsal fəaliyyəti ilə bağlı məlumat verilib. Bildirilib ki, 1200 nəfərin çalışdığı müəssisədə kişi, qadın və uşaq geyimləri, o cümlədən kostyum, pencək, şalvar və palto kimi klassik və işgüzar geyimlər istehsal olunur.

Səfər zamanı Gəncə nümayəndə heyəti müəssisələrin istehsal sahələrinə baxış keçirib, texnoloji proseslərlə tanış olub və qarşılıqlı təcrübə mübadiləsi imkanlarını müzakirə edib.

Önceki Haber Gəncədən Olan Nümayəndə Heyəti Qomel Şəhərində Bir Sıra Müəssisələrin Fəaliyyəti İlə Tanış Olub
Sonraki Haber Gəncədən Olan Nümayəndə Heyəti Qomel Şəhərinin 884-cü İldönümü Tədbirlərində İştirak Edib

Yorum Yap