'gəncənin Şahmat Ulduzları' Adlı Yoldaşlıq Matçı Keçirilib
Gənclər və İdman Nazirliyinin, Gəncə Şəhər İcra Hakimiyyətinin və Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə III MDB Oyunlarına dəstək məqsədi ilə “Gəncənin şahmat ulduzları” adlı yoldaşlıq matçı baş tutub.
Gəncədəki Heydər Əliyev Park-Xiyaban Kompleksində keçirilən idman tədbirində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gənclər və İdman naziri Fərid Qayıbov, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov, həmçinin yeniyetmə və gənc şahmatçılar iştirak ediblər.
Qeyd olunub ki, III MDB Oyunları ərəfəsində Gəncə şəhərində belə bir tədbirin keçirilməsi olduqca əhəmiyyətlidir. Bu matç yalnız şahmat turniri deyil, həm də ölkədə idmanın inkişafına verilən bir töhfədir. Gəncənin yetirdiyi, dünya və Avropa miqyasında ölkəni şərəflə təmsil edən şahmatçılarla görüş gənc şahmatçılar üçün də əla fürsətdir.
Yoldaşlıq matçında şəxsi Avropa çempionatının ilk azərbaycanlı qalibi Ülviyyə Fətəliyeva, yeniyetmələr arasında dünya və Avropa çempionu İlahə Qədimova, Azərbaycan yığmasının heyətində üçqat Avropa çempionu Qədir Hüseynov və Azərbaycan çempionu (2012-ci il) Vüqar Rəsulov çıxış ediblər. Yoldaşlıq matçında şahmatçılar duet şəklində mübarizə aparıblar. İki partiyadan ibarət yarışda Ülviyyə Fətəliyeva–Qədir Hüseynov dueti İlahə Qədimova–Vüqar Rəsulov cütlüyünə 1,5:0,5 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, ulduzların oyununu Dünya Kubokunun yarımfinalçısı Nicat Abasov şərh edib. “Gəncənin şahmat ulduzları” adlı yarışın baş hakimi isə tanınmış ədalət təmsilçisi, AŞF-nin vitse-prezidenti Faiq Həsənov olub.
Yoldaşlıq matçından sonra isə şahmat ulduzları Gəncənin istedadlı yeniyetmə və gənclərinə seans keçiriblər.
Ganja Şura Haberleri
- 28-04-202611:20 Gəncədə Yeni İstifadəyə Verilən Hotelə Baxış Keçirilib
- 28-04-202608:55 Bu Gün Görkəmli Oftalmoloq- Alim, Akademik Zərifə Xanım Əliyevanın Doğum Günüdür
- 27-04-202616:00 Gəncə Şəhər Ərazisində Yerləşən Kəsim Məntəqələrində İlkin Monitorinq Keçirilib
- 27-04-202613:35 Gəncədə Şagirdlər Üçün Şəhərsalma Mövzusunda Görüş Keçirilib
- 24-04-202616:41 Gəncə Şəhər İcra Hakimiyyətində Baş Prokurorluq Tərəfindən Araşdırma Aparılması İlə Bağlı Yayılan Məlumatlar Əsassızdır
- 24-04-202616:41 Gdu-nun Doktorantı Rəsul Yusibov Macarıstanda Beynəlxalq Elmi Konfransda İştirak Edib
- 24-04-202614:15 Gəncənin Bələdiyyə Sədrləri Konfransda İştirak Ediblər
- 24-04-202611:50 Gəncədə Türkiyənin Milli Suverenlik Və Uşaq Bayramına Həsr Olunmuş Tədbir Keçirilib
- 24-04-202609:25 Gəncədə 'ı Yaşıl İqtisadiyyat' Beynəlxalq Forumu Keçirilib
- 23-04-202611:37 Nümayəndə Heyətinin Çinə Səfəri Davam Edir

