Amea-nın Gəncə Bölməsi 2025-ci İldəki Fəaliyyətinə Dair Hesabat Verib
AMEA Rəyasət Heyətinin iclasında Gəncə Bölməsinin 2025-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti barədə hesabat dinlənilib. Hesabatı bölmənin elmi işlər üzrə sədr müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Əlimuxtar Muxtarov təqdim edib.
Hesabatda qeyd olunub ki, bölmə 13 problemi əhatə edən 19 mövzu üzrə 20 iş və 24 mərhələ tamamlayıb, 3 mühüm nəticə əldə edib. Aparılan tədqiqatlar Nizami Gəncəvi yaradıcılığı, Azərbaycan dilinin tarixi və inkişafı, folklor və ədəbiyyat tarixi, musiqi və incəsənət, Qərb bölgəsinin arxeoloji və tarixi abidələrini əhatə edib. Həmçinin Gəncə dialekti üzərində qarışıq tipli mürəkkəb cümlələrin strukturu, Qarabağın qadın şairələrinin rolu və qədim Gəncə sənətkarlıq ənənələri araşdırılıb.
Hesabat ilində bölmənin əməkdaşları 2 kitab, 1 monoqrafiya, 2 kitabça, 48 məqalə və 84 konfrans materialı nəşr edib; əsərlərə beynəlxalq elmmetrik bazalarda 54 istinad olunub. AMEA-nın 80 illik yubileyinə həsr edilmiş kitab və monoqrafiyalar, həmçinin “Konstitusiya və Suverenlik İli”nə dair məruzələr toplusu çap edilib.
AMEA prezidenti akademik İsa Həbibbəyli bölmənin fəaliyyətini yüksək qiymətləndirib və nailiyyətlərin 2026-cı ildə də artım tempi ilə davam edəcəyinə inamını bildirib. Hesabat AMEA Rəyasət Heyətinin qərarı ilə təsdiq edilib və illik hesabatına daxil olunub.







Ganja Şura Haberleri
- 24-04-202616:41 Gəncə Şəhər İcra Hakimiyyətində Baş Prokurorluq Tərəfindən Araşdırma Aparılması İlə Bağlı Yayılan Məlumatlar Əsassızdır
- 24-04-202616:41 Gdu-nun Doktorantı Rəsul Yusibov Macarıstanda Beynəlxalq Elmi Konfransda İştirak Edib
- 24-04-202614:15 Gəncənin Bələdiyyə Sədrləri Konfransda İştirak Ediblər
- 24-04-202611:50 Gəncədə Türkiyənin Milli Suverenlik Və Uşaq Bayramına Həsr Olunmuş Tədbir Keçirilib
- 24-04-202609:25 Gəncədə 'ı Yaşıl İqtisadiyyat' Beynəlxalq Forumu Keçirilib
- 23-04-202611:37 Nümayəndə Heyətinin Çinə Səfəri Davam Edir
- 23-04-202609:12 'gəncə Avtomobil Zavodu' İstehsalat Birliyi Çin Şirkətləri İlə Əməkdaşlığı Genişləndirir
- 22-04-202612:38 Gəncənin Nümayəndə Heyətinin Çindao Şəhərinə Səfəri Davam Edir
- 21-04-202617:16 Niyazi Bayramovun Rəhbərlik Etdiyi Nümayəndə Heyəti Çindaoda Azərbaycan Ticarət Evinin Rəhbərliyi İlə Görüşüb
- 21-04-202616:04 Niyazi Bayramov Çindaoda Bərk Məişət Tullantılarının Emalı Müəssisəsi İlə Tanış Olub

