Test

15 sentyabr 2026 | 10:29

Bu gün Gəncə şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəblərində 15 Sentyabr – Bilik Günü münasibətilə tədbirlər keçirilib. Tədbirlərdə Gəncə Şəhər İcra Hakimiyyətinin və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Ulu Öndər Heydər Əliyevin, eləcə də Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlarda qeyd olunub ki, yeni tədris ili şagirdlər üçün yeni biliklərə, yeni uğurlara və böyük hədəflərə aparan yolun başlanğıcıdır. Şagirdlərə elm və təhsilə həvəslə yanaşmaları, qarşılarına qoyduqları məqsədlərə inam və əzmlə addımlamaları tövsiyə olunub. Onlara hər bir uğurun arxasında bilik, zəhmət və əzm dayandığı xatırladılıb, yeni tədris ilində yüksək nailiyyətlər qazanmaları arzulanıb.

Daha sonra 2026–2027-ci tədris ilinin ilk zəngi çalınıb.

Qeyd edək ki, bu tədris ilində Gəncə şəhəri üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən 51 ümumi təhsil məktəbində 47 059 şagird təhsil alacaq. Onlardan 3 857 nəfər bu gün şagird adını qazanıb.

Önceki Haber Gəncənin Nümayəndə Heyəti Qomelin Daha Bir Neçə Aparıcı Müəssisəsində Olub
Sonraki Haber Adau-da 15 Sentyabr - Bilik Günü Qeyd Olunub

Yorum Yap