Test

Tədbirdə Təhsilinin İnkişafı Fondunun sədri Elnur Nəsibov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini Səməd Tomuyev, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, idarənin əməkdaşları, məktəbin müəllim və şagird kollektivi, o cümlədən şəhid ailələri iştirak ediblər.

Çıxışlarda iştirakçılar 15 sentyabr – Bilik Günü münasibətilə müəllimləri, şagirdləri və valideynləri ürəkdən təbrik ediblər. Bildirilib ki, bu gün ölkəmizdə təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Prezident İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyi ilə ölkənin bütün bölgələrində yeni məktəb binaları inşa olunur, mövcud təhsil müəssisələri isə müasir tələblərə uyğun şəkildə əsaslı təmir edilir. Vurğulanıb ki, dövlətimizin başçısı və Birinci vitse-prezident tərəfindən göstərilən bu diqqət və qayğı nəticəsində şagirdlərin daha yaxşı şəraitdə təhsil almaları, müəllimlərin isə yüksək səviyyədə fəaliyyət göstərmələri üçün bütün imkanlar yaradılır.

Qeyd edək ki, yeni təmirdən çıxmış 24 nömrəli tam orta məktəb 1176 şagird yerlikdir. Tədris binasında 55 sinif otağı, 6 laboratoriya, 2 texnologiya, 3 informatika otağı, kitabxana, 270 nəfərlik akt zalı, idman zalı, hərbi hazırlıq kabineti və məktəbəhazırlıq otağı var. Məktəbdə 897 şagird təhsil alır, 98 nəfər pedaqoji heyət fəaliyyət göstərir.

Açılışdan sonra qonaqlar məktəbdə yaradılmış şəraitlə yaxından tanış olublar.

Önceki Haber Iıı Mdb Oyunları İlə Əlaqədar Gəncənin Su Təchizatına Baxış Keçirilib
Sonraki Haber Niyazi Bayramov 'səhər İdmanı' Layihəsinə Qatılıb

Yorum Yap