Test

Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı qəhrəmancasına şəhid olmuş hərbi qulluqçuların xatirəsi anılıb. Belə ki, Gəncə şəhərindəki İcra Hakimiyyəti aparatının məsul əməkdaşları və bələdiyyə sədrləri şəhid ailələrini ziyarət ediblər.

Görüşlərdə hər bir şəhidin qısa və şərəfli ömür yoluna nəzər salınıb, onların qəhrəmanlığı yüksək qiymətləndirilib.

Şəhid ailələri isə övladları ilə daim qürur duyduqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.

Xatırladaq ki, 2023-cü il 19–20 sentyabr tarixlərində keçirilmiş lokal xarakterli antiterror əməliyyatı zamanı Gəncə şəhərindən baş leytenant Həsənov Kərəm Akif oğlu, əsgərlər Axundov Murad Xıdır oğlu, Bədəlov Oruc Arif oğlu, Ələkbərov Ramal Elnur oğlu, Əliyev Orxan Eldar oğlu və Əliyev Talıb Elman oğlu şəhidlik zirvəsinə ucalıblar.

Önceki Haber Amea-nın Gəncə Bölməsində Akademik Yusif Məmmədəliyevin 120 İlliyinə Həsr Olunmuş Elmi Konfrans Keçirilib
Sonraki Haber Gəncədə 'nizami Gəncəvi Və Şota Rustaveli – Mədəniyyət Kəsişmələri' Mövzusunda Beynəlxalq Konfrans Keçirilib

Yorum Yap