Gəncədə 'nizami Gəncəvi Və Şota Rustaveli – Mədəniyyət Kəsişmələri' Mövzusunda Beynəlxalq Konfrans Keçirilib

Gəncə Şəhər İcra Hakimiyyətinin, Gürcüstanın dövlət qurumlarının dəstəyi, AMEA-nın Gəncə Bölməsi, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Tbilisi Dövlət Universitetinin Şota Rustaveli adına Gürcü ədəbiyyatı İnstitutunun təşkilatçılığı ilə “Nizami Gəncəvi və Şota Rustaveli – mədəniyyət kəsişmələri” mövzusunda Azərbaycan–Gürcüstan Birinci Beynəlxalq Konfransı baş tutub.
Tədbirdə AMEA-nın Rəyasət Heyətinin üzvü, akademik Fuad Əliyev, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının müavini Adil Tağıyev, Gürcüstanın Gəncədəki baş konsulu Kaxaber Abdaladze, həmçinin hər iki ölkənin elm adamları iştirak ediblər.
Konfransdan əvvəl iştirakçılar Nizami və Rustaveliyə həsr olunmuş sərgi ilə tanış olublar. Tədbir Ulu Öndər Heydər Əliyev və şəhidlərin xatirəsinin anılması ilə başlayıb.
Çıxışlarda Azərbaycan və Gürcüstan xalqlarını birləşdirən dostluq münasibətlərinin tarixi kökləri, bu əlaqələrin bu gün daha da möhkəmlənməsi vurğulanıb. Qeyd olunub ki, Nizami Gəncəvi və Şota Rustavelinin yaradıcılıq dünyasının araşdırılması iki xalqın mədəni və elmi əməkdaşlığının inkişafına xidmət edir.
Sonda gürcü qonaqlara AMEA-nın 80 illiyinə həsr olunmuş suvenir xalçalar və elmi nəşrlər təqdim olunub.
Konfransdan sonra qonaqlar Nizami Gəncəvinin Məqbərəsini, muzeyini və gürcü şairi Nikoloz Barataşvilinin barelyefini ziyarət ediblər.
Ganja Şura Haberleri
- 28-04-202608:55 Bu Gün Görkəmli Oftalmoloq- Alim, Akademik Zərifə Xanım Əliyevanın Doğum Günüdür
- 27-04-202616:00 Gəncə Şəhər Ərazisində Yerləşən Kəsim Məntəqələrində İlkin Monitorinq Keçirilib
- 27-04-202613:35 Gəncədə Şagirdlər Üçün Şəhərsalma Mövzusunda Görüş Keçirilib
- 24-04-202616:41 Gəncə Şəhər İcra Hakimiyyətində Baş Prokurorluq Tərəfindən Araşdırma Aparılması İlə Bağlı Yayılan Məlumatlar Əsassızdır
- 24-04-202616:41 Gdu-nun Doktorantı Rəsul Yusibov Macarıstanda Beynəlxalq Elmi Konfransda İştirak Edib
- 24-04-202614:15 Gəncənin Bələdiyyə Sədrləri Konfransda İştirak Ediblər
- 24-04-202611:50 Gəncədə Türkiyənin Milli Suverenlik Və Uşaq Bayramına Həsr Olunmuş Tədbir Keçirilib
- 24-04-202609:25 Gəncədə 'ı Yaşıl İqtisadiyyat' Beynəlxalq Forumu Keçirilib
- 23-04-202611:37 Nümayəndə Heyətinin Çinə Səfəri Davam Edir
- 23-04-202609:12 'gəncə Avtomobil Zavodu' İstehsalat Birliyi Çin Şirkətləri İlə Əməkdaşlığı Genişləndirir

