Gəncədə Cavad Xanın Anım Mərasimi Keçirilib
Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Qacarlar nəslindən olan Azərbaycan sərkərdəsi, dövlət xadimi, Gəncə xanlığının sonuncu hökmdarı Cavad xanın xatirəsi yad edilib.
Mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki baş konsulu Kaxaber Abdaladze, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncədə fəaliyyət göstərən universitetlərin rektorları, “Cavad xan” Tarix və Mədəniyyət Fondunun rəhbərliyi, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri və ziyalılar iştirak ediblər.
Mərasim iştirakçıları Cavad xanın Gəncənin mərkəzində yerləşən türbəsini ziyarət edib, məzarına tər çiçəklər düzüblər. Din xadimi tərəfindən xanın ruhuna dualar oxunub.
Qeyd edək ki, Gəncədəki Cavad xanın türbəsi 2005-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilib. 2023-cü ildə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının tapşırığına əsasən, türbənin dam örtüyü, fasadı və daxili hissəsi təmir olunub.
Xatırladaq ki, 222 il əvvəl — 1804-cü ilin yanvar ayında rus qoşunlarının Gəncəyə hücumu zamanı Cavad xan, oğlu Hüseynqulu xan və minlərlə Gəncə sakini düşmənlə son nəfəslərinədək vuruşaraq Gəncə qalası üzərində şəhidlik zirvəsinə ucalıblar. Bütün tarixi mənbələrdə Gəncənin işğal günü və Cavad xanın şəhid olması Yulian təqvimi ilə yanvarın 3-ü göstərildiyi üçün müasir mənbələrin çoxunda da düzəliş verilmədən mexaniki olaraq həmin tarix qeyd edilib. Ancaq köhnə rus tarixi mənbələrində 3 yanvar günü o vaxt istifadə olunan Yulian təqvimi ilə göstərilib ki, bu da 1918-ci ildən istifadə etdiyimiz Qriqori təqvimi ilə yanvarın 15-nə təsadüf edir.













Ganja Şura Haberleri
- 24-04-202616:41 Gəncə Şəhər İcra Hakimiyyətində Baş Prokurorluq Tərəfindən Araşdırma Aparılması İlə Bağlı Yayılan Məlumatlar Əsassızdır
- 24-04-202616:41 Gdu-nun Doktorantı Rəsul Yusibov Macarıstanda Beynəlxalq Elmi Konfransda İştirak Edib
- 24-04-202614:15 Gəncənin Bələdiyyə Sədrləri Konfransda İştirak Ediblər
- 24-04-202611:50 Gəncədə Türkiyənin Milli Suverenlik Və Uşaq Bayramına Həsr Olunmuş Tədbir Keçirilib
- 24-04-202609:25 Gəncədə 'ı Yaşıl İqtisadiyyat' Beynəlxalq Forumu Keçirilib
- 23-04-202611:37 Nümayəndə Heyətinin Çinə Səfəri Davam Edir
- 23-04-202609:12 'gəncə Avtomobil Zavodu' İstehsalat Birliyi Çin Şirkətləri İlə Əməkdaşlığı Genişləndirir
- 22-04-202612:38 Gəncənin Nümayəndə Heyətinin Çindao Şəhərinə Səfəri Davam Edir
- 21-04-202617:16 Niyazi Bayramovun Rəhbərlik Etdiyi Nümayəndə Heyəti Çindaoda Azərbaycan Ticarət Evinin Rəhbərliyi İlə Görüşüb
- 21-04-202616:04 Niyazi Bayramov Çindaoda Bərk Məişət Tullantılarının Emalı Müəssisəsi İlə Tanış Olub

