Gəncədə Fəaliyyət Göstərən İki Ali Təhsil Müəssisəsinə Velosipedlər Hədiyyə Olunub
Gəncə Dövlət Universiteti və Azərbaycan Texnologiya Universitetinə 25 ədəd velosiped hədiyyə edilib. Velosipedlər qoruyucu kasketlər və su qabları ilə birlikdə universitet gənclərinin istifadəsinə verilib.
Layihə Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının birgə təşəbbüsü ilə həyata keçirilib. Gəncə şəhərinin Heydər Əliyev adına mərkəzi meydanında keçirilən təqdimat mərasimində Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Ramil Cabbarov, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Elşən Hüseynov, Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələri, şəhərin tanınmış idman ustaları və tələbə-gənclər iştirak ediblər.
Qeyd olunub ki, Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrinə velosipedlərin hədiyyə olunması artıq ənənə halını almaqdadır. Bildirilib ki, layihənin əsas məqsədi gənclər arasında sağlam həyat tərzinin təbliği, ekoloji nəqliyyat vasitələrindən istifadənin təşviqi və velosiped mədəniyyətinin formalaşdırılmasıdır.
Layihənin davamı olaraq ADAU, GDU və ATU-da velosiped klublarının yaradılması planlaşdırılır ki, bu da tələbə-gənclərin asudə vaxtlarının səmərəli təşkili ilə yanaşı, onların fiziki aktivliyinin artırılmasına mühüm töhfə verəcək.
Ganja Şura Haberleri
- 24-04-202616:41 Gəncə Şəhər İcra Hakimiyyətində Baş Prokurorluq Tərəfindən Araşdırma Aparılması İlə Bağlı Yayılan Məlumatlar Əsassızdır
- 24-04-202616:41 Gdu-nun Doktorantı Rəsul Yusibov Macarıstanda Beynəlxalq Elmi Konfransda İştirak Edib
- 24-04-202614:15 Gəncənin Bələdiyyə Sədrləri Konfransda İştirak Ediblər
- 24-04-202611:50 Gəncədə Türkiyənin Milli Suverenlik Və Uşaq Bayramına Həsr Olunmuş Tədbir Keçirilib
- 24-04-202609:25 Gəncədə 'ı Yaşıl İqtisadiyyat' Beynəlxalq Forumu Keçirilib
- 23-04-202611:37 Nümayəndə Heyətinin Çinə Səfəri Davam Edir
- 23-04-202609:12 'gəncə Avtomobil Zavodu' İstehsalat Birliyi Çin Şirkətləri İlə Əməkdaşlığı Genişləndirir
- 22-04-202612:38 Gəncənin Nümayəndə Heyətinin Çindao Şəhərinə Səfəri Davam Edir
- 21-04-202617:16 Niyazi Bayramovun Rəhbərlik Etdiyi Nümayəndə Heyəti Çindaoda Azərbaycan Ticarət Evinin Rəhbərliyi İlə Görüşüb
- 21-04-202616:04 Niyazi Bayramov Çindaoda Bərk Məişət Tullantılarının Emalı Müəssisəsi İlə Tanış Olub

