Gəncədə Ümummilli Lider Heydər Əliyevin Anadan Olmasının 103-cü İldönümü İlə Bağlı Tədbir Keçirilib

Gəncədə müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə "Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi dövründə Gəncə şəhərində formalaşmış memarlıq mühiti" mövzusunda tədbir keçirilib.
Gəncə Şəhər İcra Hakimiyyəti və YAP Gəncə şəhər təşkilatının birgə təşkilatçılığı ilə baş tutan konfransda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı, Gəncə Apellyasiya Məhkəməsinin sədri, Gəncə Şəhər Məhkəməsinin sədri, YAP Gəncə şəhər təşkilatının sədri, Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi, Gəncə şəhər prokuroru, Gəncə şəhər hərbi prokuroru, həmçinin idarə, müəssisə və təşkilat rəhbərləri, bələdiyyə sədrləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin Gəncənin mərkəzi meydanında ucaldılan abidəsi ziyarət olunub, önünə tər çiçəklər düzülüb, xatirəsinə dərin ehtiram ifadə edilib.
Daha sonra Ümummilli Lider Heydər Əliyevin birinci və ikinci hakimiyyəti illərində siyasi fəaliyyətini əks etdirən fotoşəkillərə baxış keçirilib.
Tədbirin rəsmi hissəsində Ulu Öndər Heydər Əliyevin, həmçinin Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı bildirib ki, Ulu Öndərin Gəncəyə olan münasibəti həmişə fərqli və səmimi olub: "Ulu Öndər Heydər Əliyev Gəncəyə gələndə sadəcə rəsmi açılışlar etməzdi. O, insanlarla səmimi ünsiyyət qurar, hər bir gəncəlisinin qayğısı ilə maraqlanardı. Məhz bu səmimiyyət və xalq sevgisi bu gün Gəncənin simasında yaşayır". O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin siyasi kursu bu gün möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən eyni qətiyyətlə davam etdirilir. Ulu Öndərin ən böyük vəsiyyəti olan torpaqlarımızın azadlığı artıq reallıqdır və bu gün bu tədbiri qalib bir xalqın nümayəndələri kimi keçiririk.
YAP Gəncə şəhər təşkilatının sədri çıxış edərək qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin zəngin və çoxşaxəli fəaliyyəti bu gün də Azərbaycanın inkişaf strategiyasının əsasını təşkil edir. Onun müəyyən etdiyi siyasi kurs ölkəmizin davamlı inkişafını təmin etmiş, Azərbaycanı regionun lider dövlətlərindən birinə çevirmişdir. Bu siyasət bu gün də möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkə yeni-yeni nailiyyətlərə imza atır.
Tədbirin davamında AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, SN “Gəncə Tibb Kolleci” PHŞ-nin direktoru, Əməkdar həkim Mehman Rzayev və “Gəncə Əlvan Metal Emalı” ASC-nin İdarə Heyətinin sədri Nurəddin Hüseynov çıxış ediblər. Çıxışlarda Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi illərində Gəncə şəhərinin planlı şəkildə böyüdülməsi, yeni yaşayış massivlərinin salınması, təşəbbüsü ilə Gəncənin ölkənin mühüm sənaye mərkəzlərindən birinə çevrilməsi, həmçinin ölkənin ikinci böyük şəhərində səhiyyənin inkişafı istiqamətində görülən işlərdən bəhs olunub.
Yekunda Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.
Ganja Şura Haberleri
- 12-05-202617:44 Gəncədə 'zəfərin İzi İlə Parlaq Gələcəyə' Adlı Bilik Yarışı Keçirilib
- 08-05-202618:13 Gəncədə Ulu Öndər Heydər Əliyevin Anadan Olmasının 103-cü İldönümünə Həsr Olunmuş Silsilə Tədbirlər Davam Edir
- 08-05-202617:00 Gəncədə Ulu Öndər Heydər Əliyevin Əziz Xatirəsinə Həsr Olunmuş 'ithaf' Adlı Konsert Proqramı Keçirilib
- 08-05-202615:47 Niyazi Bayramov 5 Nömrəli Körpələr Evi-uşaq Bağçasının Açılış Mərasimində İştirak Edib
- 08-05-202614:35 Gəncədə Ümummilli Lider Heydər Əliyevin Anadan Olmasının 103-cü İldönümü İlə Bağlı Tədbir Keçirilib
- 07-05-202616:48 Gəncəçay Çayının Məcrasında Təmizlik İşləri İlə Bağlı Tapşırıqlar Verilib
- 07-05-202616:48 Niyazi Bayramov 'abad Məhəllə' Layihəsi Çərçivəsində Aparılan İşlərlə Növbəti Dəfə Yerində Tanış Olub
- 07-05-202613:11 Gəncədə Qanunsuz Küçə Ticarətinə Qarşı Mübarizə Davam Edir
- 07-05-202609:33 Niyazi Bayramov Vətəndaşlarla Növbəti Səyyar Görüş Keçirib
- 05-05-202617:33 Gəncədə Ümummilli Lider Heydər Əliyevin Anadan Olmasının 103 İlliyinə Həsr Olunmuş Beynəlxalq Elmi-praktik Konfrans Keçirilib

