Niyazi Bayramov 5 Nömrəli Körpələr Evi-uşaq Bağçasının Açılış Mərasimində İştirak Edib
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ərəfəsində Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 5 nömrəli körpələr evi–uşaq bağçasının açılış mərasimi keçirilib.
Mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı, YAP Gəncə şəhər təşkilatının sədri, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri, həmçinin İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları iştirak ediblər.
Şəhər rəhbərinə bildirilib ki, müəssisənin ümumi sahəsi 3313,75 kvadratmetrdir. Bağçanın geniş və abadlaşdırılmış həyətyanı sahəsi mövcuddur. Burada uşaqların asudə vaxtlarının səmərəli təşkili, fiziki inkişafının təmin edilməsi və istirahətlərinin təşkili məqsədilə oyun meydançası və istirahət guşələri yaradılıb. O da qeyd olunub ki, məktəbəqədər təhsil müəssisəsi 5 qrupdan ibarət olmaqla 90 uşaq üçün nəzərdə tutulub. Bağçada 30 nəfərlik heyət fəaliyyət göstərir. Müəssisədə qruplar müasir tələblərə uyğun təchiz olunub, uşaqların hərtərəfli inkişafı, ilkin təlim-tərbiyəsinin təşkili, sağlam və təhlükəsiz mühitdə böyüməsi üçün zəruri şərait yaradılıb.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı məktəbəqədər təhsil müəssisələrinin uşaqların inkişafında mühüm rol oynadığını vurğulayaraq, yeni istifadəyə verilən bağçanın körpələrin keyfiyyətli təhsil və qayğı ilə əhatə olunmasına mühüm töhfə verəcəyini bildirib.
Daha sonra tədbir iştirakçıları bağçada yaradılan şəraitlə tanış olublar. Həmçinin uşaqların təqdim etdikləri rəqs çıxışlarını izləyiblər.
Sonda xatirə şəkli çəkdirilib.

Ganja Şura Haberleri
- 12-05-202617:44 Gəncədə 'zəfərin İzi İlə Parlaq Gələcəyə' Adlı Bilik Yarışı Keçirilib
- 08-05-202618:13 Gəncədə Ulu Öndər Heydər Əliyevin Anadan Olmasının 103-cü İldönümünə Həsr Olunmuş Silsilə Tədbirlər Davam Edir
- 08-05-202617:00 Gəncədə Ulu Öndər Heydər Əliyevin Əziz Xatirəsinə Həsr Olunmuş 'ithaf' Adlı Konsert Proqramı Keçirilib
- 08-05-202615:47 Niyazi Bayramov 5 Nömrəli Körpələr Evi-uşaq Bağçasının Açılış Mərasimində İştirak Edib
- 08-05-202614:35 Gəncədə Ümummilli Lider Heydər Əliyevin Anadan Olmasının 103-cü İldönümü İlə Bağlı Tədbir Keçirilib
- 07-05-202616:48 Gəncəçay Çayının Məcrasında Təmizlik İşləri İlə Bağlı Tapşırıqlar Verilib
- 07-05-202616:48 Niyazi Bayramov 'abad Məhəllə' Layihəsi Çərçivəsində Aparılan İşlərlə Növbəti Dəfə Yerində Tanış Olub
- 07-05-202613:11 Gəncədə Qanunsuz Küçə Ticarətinə Qarşı Mübarizə Davam Edir
- 07-05-202609:33 Niyazi Bayramov Vətəndaşlarla Növbəti Səyyar Görüş Keçirib
- 05-05-202617:33 Gəncədə Ümummilli Lider Heydər Əliyevin Anadan Olmasının 103 İlliyinə Həsr Olunmuş Beynəlxalq Elmi-praktik Konfrans Keçirilib

