Test

Uşaq Səfirlər Məclisinin Gəncə şəhəri üzrə fəal üzvləri Sənubər Həsənova və Hüseyn Əliyevin təşəbbüsü ilə “Zəfərin izi ilə parlaq gələcəyə” adlı bilik yarışı keçirilib. “Uşaq Səfirlər Məclisinin regional nümayəndəlikləri üçün 2026-cı il üzrə Tədbirlər Planı”na uyğun olaraq təşkil edilən bilik yarışı Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseydə baş tutub.

Əvvəlcə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.

Hər birində 6 nəfər olmaqla 6 komandanın iştirak etdiyi yarış 3 mərhələdə təşkil olunub. Bilik yarışını Gəncə Şəhər İcra Hakimiyyətinin, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin nümayəndələri, Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin rəhbərliyi, həmçinin Uşaq Səfirlər Məclisinin region üzrə fəallarından ibarət münsiflər heyəti izləyib.

İştirakçılara vətənpərvərlik ruhunun təbliği, milli-mənəvi dəyərlərə hörmət hissinin gücləndirilməsi, tarixi yaddaşın qorunması və qəhrəmanlarımızın tanıdılması istiqamətində müxtəlif mövzularda suallar təqdim edilib.

Bilik yarışı zamanı şagirdlərin komanda şəklində işləmək, birgə qərar qəbul etmək və sağlam rəqabət şəraitində öz biliklərini nümayiş etdirmək kimi bacarıqlarının inkişafı da diqqət mərkəzində saxlanılıb.

İştirakçılar yarış boyunca yüksək fəallıq göstərərək tarixi biliklərini nümayiş etdiriblər. Bilik yarışı şagirdlərin asudə vaxtlarının səmərəli və intellektual şəkildə təşkili baxımından böyük maraqla qarşılanıb. Bilik yarışında “Dahi imzalar”, “Səssiz güc” və “İmpuls” komandaları müvafiq olaraq I, II və III yerləri qazanıblar.

Sonda hər bir komanda “Təşəkkürnamə” ilə təltif olunub.

Önceki Haber Gəncədə Ulu Öndər Heydər Əliyevin Əziz Xatirəsinə Həsr Olunmuş 'ithaf' Adlı Konsert Proqramı Keçirilib
Sonraki Haber Gəncədə Ulu Öndər Heydər Əliyevin Anadan Olmasının 103-cü İldönümünə Həsr Olunmuş Silsilə Tədbirlər Davam Edir

Yorum Yap