Iıı Mdb Oyunlarına 'geri Sayım' Başladı
Gəncədə III MDB Oyunlarının rəsmi “GERİ SAYIM” mərasimi keçirilib. Tədbirdə Oyunların Təşkilat Komitəsinin sədr müavini, Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev və digər rəsmilər, həmçinin şəhər sakinləri iştirak ediblər.
Mərasimdə çıxış edən Adil Tağıyev qeyd edib ki, III MDB Oyunlarına hazırlıq çərçivəsində Gəncə şəhərində genişmiqyaslı təmir-tikinti işləri aparılır. Görülən işlər çərçivəsində Gəncə Şəhər Stadionu yenidən qurulur, həmçinin şəhərdə Qafqazın ən böyük idman sarayı inşa olunub. O bildirib ki, belə əhəmiyyətli idman tədbirinin Azərbaycanda keçirilməsi ölkənin idman və mədəni həyatında mühüm hadisədir.
Gənclər və idman naziri Fərid Qayıbov Gəncə sakinlərini Oyunlar zamanı idmançıları fəal dəstəkləməyə çağırıb: “Oyunların başlanmasına bir aydan da az vaxt qalıb. Bildiyiniz kimi, idman Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Ölkəmiz artıq müxtəlif multi-idman yarışlarına ev sahibliyi edib. Lakin ilk dəfə belə böyük idman tədbiri regionlarda keçiriləcək. Gəncədə açılış və bağlanış mərasimləri, eləcə də bir sıra idman növləri üzrə yarışlar təşkil olunacaq”, – deyə o bildirib.
Rəsmi çıxışlardan sonra xüsusi quraşdırılmış stenddə geri sayım saatı işə salınıb.
Mərasim çərçivəsində həmçinin, III MDB Oyunlarının rəsmi maskotları – Bəbir və Leyla geniş ictimaiyyətə təqdim olunub.
Tədbir populyar ifaçılar Emiliya Yaqubova və Çingiz Mustafayevin iştirakı ilə maraqlı konsert proqramı ilə davam edib.
Qeyd edək ki, III MDB Oyunları 28 sentyabr – 8 oktyabr 2025-ci il tarixlərində Azərbaycanın yeddi şəhərində keçiriləcək: Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi. Açılış və bağlanış mərasimləri Gəncə Şəhər Stadionunda olacaq.

Ganja Şura Haberleri
- 24-04-202616:41 Gəncə Şəhər İcra Hakimiyyətində Baş Prokurorluq Tərəfindən Araşdırma Aparılması İlə Bağlı Yayılan Məlumatlar Əsassızdır
- 24-04-202616:41 Gdu-nun Doktorantı Rəsul Yusibov Macarıstanda Beynəlxalq Elmi Konfransda İştirak Edib
- 24-04-202614:15 Gəncənin Bələdiyyə Sədrləri Konfransda İştirak Ediblər
- 24-04-202611:50 Gəncədə Türkiyənin Milli Suverenlik Və Uşaq Bayramına Həsr Olunmuş Tədbir Keçirilib
- 24-04-202609:25 Gəncədə 'ı Yaşıl İqtisadiyyat' Beynəlxalq Forumu Keçirilib
- 23-04-202611:37 Nümayəndə Heyətinin Çinə Səfəri Davam Edir
- 23-04-202609:12 'gəncə Avtomobil Zavodu' İstehsalat Birliyi Çin Şirkətləri İlə Əməkdaşlığı Genişləndirir
- 22-04-202612:38 Gəncənin Nümayəndə Heyətinin Çindao Şəhərinə Səfəri Davam Edir
- 21-04-202617:16 Niyazi Bayramovun Rəhbərlik Etdiyi Nümayəndə Heyəti Çindaoda Azərbaycan Ticarət Evinin Rəhbərliyi İlə Görüşüb
- 21-04-202616:04 Niyazi Bayramov Çindaoda Bərk Məişət Tullantılarının Emalı Müəssisəsi İlə Tanış Olub

