Test

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamı ilə yaradılan “İşçi qrupları” tərəfindən pərakəndə ticarət hallarının geniş yayıldığı ərazilərdə reydlər davam etdirilir, aşkar edilmiş neqativ halların qarşısının alınması məqsədi ilə qanunamüvafiq tədbirlər görülür.

Ötən günlər ərzində Gəncə şəhərinin müxtəlif ərazilərində qanunsuz küçə ticarəti ilə məşğul olan şəxslərlə maarifləndirici və izahedici söhbətlər aparılıb. Nəticədə səki və yol kənarlarında qurulan pərakəndə ticarət obyektlərinin, həmçinin ticarət köşklərinin və mağazaların qarşısına qoyulan soyuducuların yığışdırılması təmin olunub.

Aparılan izahedici söhbətlərə və edilən xəbərdarlığa məhəl qoymayan şəxslər barəsində isə Azərbaycan Respublikasının “İnzibati Xətalar Məcəlləsinin” 454-cü maddəsinə uyğun olaraq protokollar tərtib edilib.

Önceki Haber Iıı Mdb Oyunları Ərəfəsində Gəncədə Veloyürüş Keçirilib
Sonraki Haber Gəncədə 'tarix Və Mədəniyyət Abidələrinin Qorunması' Mövzusunda Tədbir Keçirilib

Yorum Yap