Test

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov 4 saylı Uşaq evi Sosial Xidmət Müəssisəsinin ali məktəbə qəbul olmuş sakini Quliyeva Ayşən Aydın qızı ilə görüşüb. Görüşdə YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə–Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, eləcə də Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları iştirak ediblər.

Niyazi Bayramov Ayşən Quliyevanı tələbə adını qazanması münasibətilə təbrik edib, ona gələcək həyatında uğurlar arzulayıb. O bildirib ki, gənclərin təhsilinə və inkişafına dəstək göstərilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən biridir və bu istiqamətdə bütün zəruri şərait yaradılır.

4 saylı Uşaq evi Sosial Xidmət Müəssisəsinin direktoru Nazilə İsmayılova qeyd edib ki, Gəncə şəhəri S.Vəliyev adına 34 saylı orta məktəbin məzunu olan Ayşən Quliyeva ötən 11 il ərzində fəal şagird kimi özünü göstərib. Onun universitetə qəbul olmaq arzusu daim dəstəklənib, fərdi hazırlıqlara cəlb olunaraq təhsilinə xüsusi diqqət yetirilib.

Ayşən Quliyeva Gəncə Dövlət Universitetinin İqtisadiyyat fakültəsinin Biznesin idarə edilməsi ixtisasına qəbul olub.

Görüş zamanı vurğulanıb ki, Ayşən kimi gənclərin uğurları digər uşaq evi sakinləri üçün də nümunədir. Təhsildə əldə olunan nailiyyətlər onların gələcək həyatına, cəmiyyətə inteqrasiyasına və uğurlu karyera qurmasına geniş imkanlar açır.

Önceki Haber Dim Gəncədə Dövlət Qulluqçuları Üçün Təlimlərə Başlayıb
Sonraki Haber Niyazi Bayramov V.veysəlov Adına 30 Nömrəli Tam Orta Məktəbdə Sakinlərlə Görüşüb

Yorum Yap