Test
04 fevral 2026 | 11:38

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Gəncə ərazi şöbəsinə yeni rəis təyin olunmuş Novruzov Ceyhun Fikrət oğlu ilə görüşüb.

Görüş zamanı şəhərdə əmlak məsələlərinin qanunvericiliyə uyğun və səmərəli şəkildə həyata keçirilməsinin vacibliyi vurğulanıb, həmçinin qarşılıqlı əməkdaşlıq məsələləri və birgə fəaliyyət istiqamətləri müzakirə edilib.

Niyazi Bayramov Ceyhun Novruzovu yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib və ona uğurlar arzulayıb.

Qeyd edək ki, Novruzov Ceyhun Fikrət oğlu daha əvvəl İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Bakı ərazi şöbəsində məsləhətçi vəzifəsində çalışıb.

Önceki Haber Gəncədə U20 Azərbaycan Çempionatının Açılış Mərasimi Keçirilib
Sonraki Haber Niyazi Bayramov 11 Nömrəli Tam Orta Məktəbdə Sakinlərlə Görüşüb

Yorum Yap