Gəncədə U20 Azərbaycan Çempionatının Açılış Mərasimi Keçirilib
Gəncə İdman Sarayında Yunan-Roma və sərbəst güləş üzrə U20 Azərbaycan çempionatının açılış mərasimi keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsiylə başlayıb. Açılışda gənclər və idman naziri Fərid Qayıbov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Dünya Güləş Birliyinin (UWW) Büro üzvü, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Əliyev, eləcə də federasiyanın baş katibi Pərvin Piriyev çıxış ediblər.
Çıxışlar zamanı Gəncə şəhərində güləşin inkişafı istiqamətində atdığı addımlardan, Nizami yurdunun son zamanlar müntəzəm şəkildə müxtəlif yerli və beynəlxalq yarışlara ev sahibliyi etməsi və bu yarışların yüksək səviyyədə təşkil edilməsi xüsusi vurğulanıb. Azərbaycan çempionatlarının UWW yarış formatına uyğun keçirilməsinin güləşçilərin həm beynəlxalq yarışlara uyğunlaşması, həm də potensiallarını tam şəkildə nümayiş etdirmələri üçün mühüm əhəmiyyət daşıdığı qeyd olunub.
Rəsmi hissədən sonra “Talant şou” rəqs qrupunun ifası təqdim olunub. Şou proqramı Nizami Gəncəvinin kəlamları ilə başlayıb, milli rəqslə davam edib və xalqın döyüşçü və pəhləvan ruhunu əks etdirən səhnələrlə yekunlaşıb.
Gəncə güləş məktəbinin yetirməsi, olimpiya çempionu Toğrul Əsgərovun azarkeşlərə ünvanladığı video müraciətlə açılış mərasiminə yekun vurulub.
Xatırladaq ki, U20 Azərbaycan çempionatı fevralın 7-dək davam edəcək.



Ganja Şura Haberleri
- 24-04-202616:41 Gəncə Şəhər İcra Hakimiyyətində Baş Prokurorluq Tərəfindən Araşdırma Aparılması İlə Bağlı Yayılan Məlumatlar Əsassızdır
- 24-04-202616:41 Gdu-nun Doktorantı Rəsul Yusibov Macarıstanda Beynəlxalq Elmi Konfransda İştirak Edib
- 24-04-202614:15 Gəncənin Bələdiyyə Sədrləri Konfransda İştirak Ediblər
- 24-04-202611:50 Gəncədə Türkiyənin Milli Suverenlik Və Uşaq Bayramına Həsr Olunmuş Tədbir Keçirilib
- 24-04-202609:25 Gəncədə 'ı Yaşıl İqtisadiyyat' Beynəlxalq Forumu Keçirilib
- 23-04-202611:37 Nümayəndə Heyətinin Çinə Səfəri Davam Edir
- 23-04-202609:12 'gəncə Avtomobil Zavodu' İstehsalat Birliyi Çin Şirkətləri İlə Əməkdaşlığı Genişləndirir
- 22-04-202612:38 Gəncənin Nümayəndə Heyətinin Çindao Şəhərinə Səfəri Davam Edir
- 21-04-202617:16 Niyazi Bayramovun Rəhbərlik Etdiyi Nümayəndə Heyəti Çindaoda Azərbaycan Ticarət Evinin Rəhbərliyi İlə Görüşüb
- 21-04-202616:04 Niyazi Bayramov Çindaoda Bərk Məişət Tullantılarının Emalı Müəssisəsi İlə Tanış Olub

