Gəncədə 2 Fevral – Azərbaycan Gəncləri Günü Qeyd Olunub
Gəncə şəhəri, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatı və Gəncə Tibb Kollecinin birgə təşkilatçılığı ilə 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib.
Tibb Kollecinin “Gənclər Evi”ndə baş tutan tədbirdə Gəncə şəhəri İcra Hakimiyyətinin başçısının müavini Adil Tağıyev, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov, SN Gəncə Tibb Kolleci PHŞ-nin direktoru, Əməkdar həkim Mehman Rzayev, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin rəisi Elçin Kərimov, idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də fəal gənclər iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardından Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Adil Tağıyev çıxış edərək Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun adından tədbir iştirakçılarını salamlayıb və gəncləri bayram münasibətilə təbrik edib. O bildirib ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasətinin mərkəzində savadlı, vətənpərvər, milli-mənəvi dəyərlərə bağlı və müasir düşüncəli gənclik dayanır. Qeyd olunub ki, müstəqil Azərbaycan dövləti gənclərin bacarıq və intellektual potensialının üzə çıxarılması üçün hər zaman geniş imkanlar yaradıb, bu təbəqəyə xüsusi diqqət və qayğı göstərib.
Bayram Aslanov gənclərin ölkənin ictimai-siyasi həyatında fəal iştirakından, eləcə də mədəniyyət, təhsil, idman və digər sahələrdə əldə etdikləri nailiyyətlərdən danışıb.
Mehman Rzayev çıxışında vurğulayıb ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldur, ölkəmizi beynəlxalq müstəvidə layiqincə təmsil edirlər.
Elçin Kərimov isə qeyd edib ki, müasir Azərbaycan gənci milli köklərinə bağlı olmaqla yanaşı, qlobal dünyada öz yerini tutmağı bacaran, açıq fikirli, təşəbbüskar və sosial məsuliyyətli bir nəsildir. Dövlətçilik ənənələrinin qorunması və müstəqilliyimizin möhkəmləndirilməsi məhz bu gənclərin üzərinə düşür.
Çıxışlardan sonra Gəncə şəhərinin ictimai-siyasi və mədəni həyatında fəallığı ilə seçilən bir qrup gəncə “Təqdirnamə”lər təqdim olunub, YAP sıralarına yeni qoşulan gənclərə isə üzvlük vəsiqələri verilib.
Tədbir istedadlı gənclərin hazırladığı maraqlı konsert proqramı ilə davam edib.

Ganja Şura Haberleri
- 24-04-202616:41 Gəncə Şəhər İcra Hakimiyyətində Baş Prokurorluq Tərəfindən Araşdırma Aparılması İlə Bağlı Yayılan Məlumatlar Əsassızdır
- 24-04-202616:41 Gdu-nun Doktorantı Rəsul Yusibov Macarıstanda Beynəlxalq Elmi Konfransda İştirak Edib
- 24-04-202614:15 Gəncənin Bələdiyyə Sədrləri Konfransda İştirak Ediblər
- 24-04-202611:50 Gəncədə Türkiyənin Milli Suverenlik Və Uşaq Bayramına Həsr Olunmuş Tədbir Keçirilib
- 24-04-202609:25 Gəncədə 'ı Yaşıl İqtisadiyyat' Beynəlxalq Forumu Keçirilib
- 23-04-202611:37 Nümayəndə Heyətinin Çinə Səfəri Davam Edir
- 23-04-202609:12 'gəncə Avtomobil Zavodu' İstehsalat Birliyi Çin Şirkətləri İlə Əməkdaşlığı Genişləndirir
- 22-04-202612:38 Gəncənin Nümayəndə Heyətinin Çindao Şəhərinə Səfəri Davam Edir
- 21-04-202617:16 Niyazi Bayramovun Rəhbərlik Etdiyi Nümayəndə Heyəti Çindaoda Azərbaycan Ticarət Evinin Rəhbərliyi İlə Görüşüb
- 21-04-202616:04 Niyazi Bayramov Çindaoda Bərk Məişət Tullantılarının Emalı Müəssisəsi İlə Tanış Olub

