Test

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhər sakinləri ilə növbəti səyyar görüş keçirib. Məhsəti Gəncəvi Mərkəzində keçirilən görüşdə YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.

Görüşdə sakinlər tərəfindən maddi yardım, işlə təminat və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndirilib. Niyazi Bayramov qaldırılan məsələlərin qısa müddətdə, qanunvericiliyə uyğun şəkildə həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verib. Bəzi müraciətlər isə araşdırılaraq həll olunması məqsədilə qeydiyyata alınıb.

Vətəndaşlar onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildirmişlər.

Qeyd edək ki, ölkə rəhbərinin tapşırıq və tövsiyələrinə uyğun olaraq, səyyar qəbullar bundan sonra da mütəmadi şəkildə davam etdiriləcək.

Önceki Haber Gəncə Dövlət Universitetində 2025/2026-cı Tədris İlinin Payız Semestrinin İmtahan Sessiyasına İctimai Baxış Keçirilib
Sonraki Haber Gəncədə Hesabat Yığıncağı Keçirilib

Yorum Yap