Niyazi Bayramov Şəhid Valeri Boqdanovun Ailəsini Ziyarət Edib
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov 20 Yanvar faciəsinin 36-cı ildönümü ərəfəsində gəncəli şəhid Valeri Boqdanovun ailəsini ziyarət edib.
Ziyarətdə Kəpəz Bələdiyyəsinin sədri Yaşar Abdullayev, şəhid Mirhüseyn Seyidzadənin atası Miryunis Seyidzadə və Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları iştirak ediblər.
Şəhər rəhbəri şəhidin ailə üzvlərinə başsağlığı verib, Valeri Boqdanovun əziz xatirəsinə dərin hörmət və ehtiramını ifadə edib. O bildirib ki, Vətənimizin müdafiəsi uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəmanların xatirəsi hər zaman uca tutulur və dövlət tərəfindən daim diqqət mərkəzində saxlanılır.
Şəhidin anası Valentina Boqdanova şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirib.
Qeyd edək ki, Valeri Zakir oğlu Boqdanov 1958-ci ildə Gəncə şəhərində anadan olub. Boqdanovlar ailəsinin yeganə oğlan övladı olan Valeri Boqdanov Rostov Dəmiryolu Universitetini bitirdikdən sonra Gəncə şəhərində dəmiryolu sahəsində çalışıb. Sonrakı illərdə Bakıda Milli Təhlükəsizlik orqanlarında fəaliyyət göstərib. O, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Xəzər sahillərində ölkəmizin sərhədlərini qoruyarkən qəhrəmancasına şəhid olub.



Ganja Şura Haberleri
- 24-04-202616:41 Gəncə Şəhər İcra Hakimiyyətində Baş Prokurorluq Tərəfindən Araşdırma Aparılması İlə Bağlı Yayılan Məlumatlar Əsassızdır
- 24-04-202616:41 Gdu-nun Doktorantı Rəsul Yusibov Macarıstanda Beynəlxalq Elmi Konfransda İştirak Edib
- 24-04-202614:15 Gəncənin Bələdiyyə Sədrləri Konfransda İştirak Ediblər
- 24-04-202611:50 Gəncədə Türkiyənin Milli Suverenlik Və Uşaq Bayramına Həsr Olunmuş Tədbir Keçirilib
- 24-04-202609:25 Gəncədə 'ı Yaşıl İqtisadiyyat' Beynəlxalq Forumu Keçirilib
- 23-04-202611:37 Nümayəndə Heyətinin Çinə Səfəri Davam Edir
- 23-04-202609:12 'gəncə Avtomobil Zavodu' İstehsalat Birliyi Çin Şirkətləri İlə Əməkdaşlığı Genişləndirir
- 22-04-202612:38 Gəncənin Nümayəndə Heyətinin Çindao Şəhərinə Səfəri Davam Edir
- 21-04-202617:16 Niyazi Bayramovun Rəhbərlik Etdiyi Nümayəndə Heyəti Çindaoda Azərbaycan Ticarət Evinin Rəhbərliyi İlə Görüşüb
- 21-04-202616:04 Niyazi Bayramov Çindaoda Bərk Məişət Tullantılarının Emalı Müəssisəsi İlə Tanış Olub

