Test
17 sentyabr 2025 | 17:14

Gəncə Şəhər İcra Hakimiyyəti sakinlərlə görüş keçirib. Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecində baş tutan görüşdə YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Tibb kollecinin direktoru, Əməkdar həkim Mehman Rzayev, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Sakinlərin işlə təminat, maddi yardımın göstərilməsi və digər məsələlərlə bağlı müraciətləri dinlənilib. Qaldırılan problemlərin operativ həlli üçün müvafiq tapşırıqlar verilib. Bir çox məsələlər yerindəcə həllini tapıb, digərləri isə araşdırılaraq qanunvericiliyə uyğun şəkildə icra olunmaq üçün qeydiyyata götürülüb.

Sakinlər göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, vətəndaşlarla səyyar görüşlər mütəmadi olaraq keçirilir.

Önceki Haber Gəncədə Növbəti Əmək Yarmarkası Keçirilib
Sonraki Haber Ramada Plaza Gəncə Fəaliyyətini Yenidən Bərpa Edir

Yorum Yap