Ramada Plaza Gəncə Fəaliyyətini Yenidən Bərpa Edir

Gəncədəki Ramada Plaza oteli, müasir dizaynı və tanınmış xidmət keyfiyyəti ilə fəaliyyətini yenidən bərpa edir. Otel, şəhərə gələn qonaqların ixtiyarına verilir.
Otel 181 otaqdan ibarətdir və standart otaqlardan geniş lüks odalar və villalara qədər müxtəlif seçimlər təqdim edir. Otaqlar, işgüzar səfərlər və ailəvi istirahət üçün kondisioner, mini-bar, qəhvə aparatı və sürətli Wi-Fi ilə təmin olunub.
Otelin xidmətləri hər bir detalı ilə düşünülüb. Restoranlarda milli və beynəlxalq mətbəxin zəngin çeşidi təqdim olunur. Hovuz barı, Gəncə mənzərəsi fonunda istirahət üçün ideal məkandır. Hovuz ətrafı açıq havada müxtəlif tədbirlərin təşkili üçün imkan yaradır – kiçik görüşlərdən xüsusi qonaqlıqlara qədər. Aktiv istirahətə üstünlük verənlər üçün fitness mərkəzi, açıq və qapalı hovuzlar, sauna və bilyard zalı fəaliyyət göstərir. Əlavə rahatlıq məqsədilə geniş avtodayanacaq, 24 saat fəaliyyət göstərən “room-service” və camaşırxana xidmətləri təqdim olunur.
Ramada Plaza Gəncə, işgüzar tədbirlər üçün də əlverişli imkanlar yaradır. Müasir konfrans zalları, iclas otaqları və geniş “Murov” tədbirlər zalı, müxtəlif görüşlərin, forumların və korporativ tədbirlərin keçirilməsi üçün zəruri şəraiti təmin edir. Otelin əlverişli yerləşməsi, şəhərin əsas görməli yerlərinə yaxın olmaqla, Gəncəni kəşf etmək istəyən qonaqlar üçün də üstünlük yaradır.
7 oktyabr tarixindən etibarən bütün rezervasiyalara 15% endirim tətbiq olunacaq.




Ganja Şura Haberleri
- 27-04-202616:00 Gəncə Şəhər Ərazisində Yerləşən Kəsim Məntəqələrində İlkin Monitorinq Keçirilib
- 27-04-202613:35 Gəncədə Şagirdlər Üçün Şəhərsalma Mövzusunda Görüş Keçirilib
- 24-04-202616:41 Gəncə Şəhər İcra Hakimiyyətində Baş Prokurorluq Tərəfindən Araşdırma Aparılması İlə Bağlı Yayılan Məlumatlar Əsassızdır
- 24-04-202616:41 Gdu-nun Doktorantı Rəsul Yusibov Macarıstanda Beynəlxalq Elmi Konfransda İştirak Edib
- 24-04-202614:15 Gəncənin Bələdiyyə Sədrləri Konfransda İştirak Ediblər
- 24-04-202611:50 Gəncədə Türkiyənin Milli Suverenlik Və Uşaq Bayramına Həsr Olunmuş Tədbir Keçirilib
- 24-04-202609:25 Gəncədə 'ı Yaşıl İqtisadiyyat' Beynəlxalq Forumu Keçirilib
- 23-04-202611:37 Nümayəndə Heyətinin Çinə Səfəri Davam Edir
- 23-04-202609:12 'gəncə Avtomobil Zavodu' İstehsalat Birliyi Çin Şirkətləri İlə Əməkdaşlığı Genişləndirir
- 22-04-202612:38 Gəncənin Nümayəndə Heyətinin Çindao Şəhərinə Səfəri Davam Edir

