Gəncədə 1 Mart – Ümumdünya Mülki Müdafiə Gününə Həsr Olunan Tədbir Keçirilib

Gəncə Dövlət Aqrar Kollecində Gəncə Şəhər İcra Hakimiyyətinin, Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin və Azərbaycan Dövlət Aqrar Universitetinin birgə təşkilatçılığı ilə 1 Mart – Ümumdünya Mülki Müdafiə Gününə həsr olunan tədbir keçirilib.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardından Dövlət Himni səsləndirilib.
Sonra FHN-in Gəncə Regional Mərkəzinin Mülki müdafiə idarəsinin rəisi, polkovnik-leytenant Bəhayi Nəsirov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Şəhərin mədəni irsinin qorunması sektorunun müdiri Yadigar Bədəlov, ADAU-nun tədris işləri üzrə prorektoru Əhməd Məlikov, Gəncə Regional Mərkəzinin rəis müavini, polkovnik-leytenant Rauf Abbasov və digər rəsmi şəxslər çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, Ümumdünya Mülki Müdafiə Günü cəmiyyətin fövqəladə hallara hazırlıq səviyyəsinin artırılması, əhalinin təhlükəsizliyinin təmin olunması və ətraf mühitin qorunması istiqamətində maarifləndirmə işinin gücləndirilməsinə xidmət edir.
Vurğulanıb ki, bu kimi tədbirlər mülki müdafiə sisteminin əhəmiyyətini bir daha diqqətə çatdırmaqla yanaşı, risklərin azaldılması, operativ reaksiya bacarıqlarının inkişaf etdirilməsi və vətəndaşların fövqəladə vəziyyətlər zamanı düzgün davranış vərdişlərinin formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Ganja Şura Haberleri
- 21-04-202617:16 Niyazi Bayramovun Rəhbərlik Etdiyi Nümayəndə Heyəti Çindaoda Azərbaycan Ticarət Evinin Rəhbərliyi İlə Görüşüb
- 21-04-202616:04 Niyazi Bayramov Çindaoda Bərk Məişət Tullantılarının Emalı Müəssisəsi İlə Tanış Olub
- 21-04-202616:04 Gəncənin Nümayəndə Heyəti Tərəfindən Çindao Şəhərinin Beynəlxalq Dostluq Xiyabanında Ağac Əkilib
- 21-04-202610:01 Gəncədə 'azərbaycan Cəmiyyətində Gənclərin Milli-mənəvi Ruhda Tərbiyəsi Və Ailə Dəyərlərinin Qorunması' Mövzusunda Konfrans Keçirilib
- 20-04-202618:19 Gəncə İlə Çindao Şəhərləri Arasında Əməkdaşlıq Əlaqələri Genişlənir
- 17-04-202617:45 Gəncədə 18 Aprel – Beynəlxalq Abidələr Və Tarixi Yerlər Gününə Həsr Olunmuş Tədbir Keçirilib
- 17-04-202617:45 Gəncədə 'ııı Qida Sənayesi Və Qida Təhlükəsizliyi Forumu' Keçirilib
- 17-04-202615:20 Gəncədə 'yanğınlara Qarşı Qabaqlayıcı Tədbirlərin Səmərəliliyinin Artırılması' Mövzusunda Regional Müşavirə Keçirilib
- 17-04-202614:07 Niyazi Bayramov 'azərbaycandan Səs' Sosial Platformasının Təsisçisi İlə Görüşüb
- 16-04-202615:01 Niyazi Bayramov Nizami Parkına Baxış Keçirib, Sakinlərlə Səmimi Söhbət Edib

