Gəncədə 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə Həsr Olunmuş Dəyirmi Masa Keçirilib
Gəncə Şəhər İcra Hakimiyyəti və YAP Gəncə şəhər təşkilatının birgə təşkilatçılığı ilə “31 Mart – Unudulmayan tarix” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, millət vəkili Pərvin Kərimzadə, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, ziyalılar, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.
Əvvəlcə soyqırım qurbanlarının və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra 1918-ci ilin mart-aprel aylarında daşnak-bolşevik silahlı dəstələri tərəfindən törədilən kütləvi qırğınlardan bəhs edən sənədli film nümayiş etdirilib.
Niyazi Bayramov çıxışında bildirib ki, 1918-ci ilin mart hadisələri xalqımızın yaddaşına həkk olunmuş ağır faciədir və bu həqiqətlərin beynəlxalq səviyyədə tanıdılması mühüm əhəmiyyət daşıyır.
Pərvin Kərimzadə azərbaycanlılara qarşı törədilən soyqırımı və deportasiya siyasətinin acı nəticələrindən danışaraq qeyd edib ki, xalqımız bu faciələri heç vaxt unutmur və qurbanların xatirəsini daim ehtiramla yad edir.
Bayram Aslanov vurğulayıb ki, hər birimizin çoxdan gözlədiyi tarixi ədalət Müzəffər Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu tərəfindən torpaqlarımızın işğaldan azad olunması ilə bərqərar olub.
Gəncə Dövlət Universitetinin Sosial fənlər kafedrasının müdiri, dosent Cavid Bağırzadə, ADAU-nun İctimai fənlər kafedrasının müəllimi, dosent Sevda Abdullayeva və digər natiqlər çıxışlarında soyqırımı həqiqətlərinin ictimaiyyətə çatdırılmasının və milli yaddaşın qorunmasının vacibliyini diqqətə çatdırıblar.













Ganja Şura Haberleri
- 17-04-202617:45 Gəncədə 18 Aprel – Beynəlxalq Abidələr Və Tarixi Yerlər Gününə Həsr Olunmuş Tədbir Keçirilib
- 17-04-202617:45 Gəncədə 'ııı Qida Sənayesi Və Qida Təhlükəsizliyi Forumu' Keçirilib
- 17-04-202615:20 Gəncədə 'yanğınlara Qarşı Qabaqlayıcı Tədbirlərin Səmərəliliyinin Artırılması' Mövzusunda Regional Müşavirə Keçirilib
- 17-04-202614:07 Niyazi Bayramov 'azərbaycandan Səs' Sosial Platformasının Təsisçisi İlə Görüşüb
- 16-04-202615:01 Niyazi Bayramov Nizami Parkına Baxış Keçirib, Sakinlərlə Səmimi Söhbət Edib
- 16-04-202611:24 Niyazi Bayramov 'xəmsə' Uşaq Rəqs Ansamblı İlə Görüşüb
- 15-04-202619:28 Niyazi Bayramov Gəncədə Sakinlərlə Növbəti Səyyar Görüş Keçirib
- 15-04-202617:03 Kənd Təsərrüfatı Nazirliyi Yanında İctimai Şuranın Üzvləri Adau-da Olublar
- 15-04-202613:25 Gəncədə Güclü Küləyin Vurduğu Ziyanın Aradan Qaldırılması İstiqamətində Aparılan Təmir-bərpa İşləri Davam Edir
- 15-04-202609:48 Atu-da Yeni Təsis Edilən Məzunlar Assosiasiyasının İlk İclası Keçirilib

