Gəncədə 'müasir Azərbaycan Gəncliyi Ulu Öndər Heydər Əliyevin İmzasıdır' Adlı Tədbir Keçirilib
Gəncə Şəhər İcra Hakimiyyəti, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi ve 2 saylı Gəncə regional ASAN Xidmət mərkəzinin təşkilatçılığı ilə “2 Fevral – Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş “Müasir Azərbaycan gəncliyi Ulu Öndər Heydər Əliyevin imzasıdır” adlı tədbir keçirilib.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki baş konsulu Recep Öztop, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov, Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov, SN Gəncə Tibb Kolleci PHŞ-nin direktoru Mehman Rzayev, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Elşən Hüseynov, 2 saylı Gəncə regional ASAN Xidmət mərkəzinin direktoru Fərid Yaqubov, idarə, müəssisə və təşkilat rəhbərləri, həmçinin gənclər iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin 2 saylı Gəncə regional ASAN Xidmət mərkəzində yerləşən büstü ziyarət olunub, önünə tər çiçəklər düzülüb.
Daha sonra 2 saylı Gəncə regional ASAN Xidmət mərkəzinin fəaliyyətə başlamasının 4-cü ildönümü münasibətilə tort kəsilib.
“2 Fevral – Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək bildirib ki, dövlətin həyata keçirdiyi uğurlu gənclər siyasəti nəticəsində gənclər cəmiyyətin bütün sahələrində fəal iştirak edirlər. O, xüsusilə vurğulayıb ki, gənclərin könüllülük fəaliyyəti cəmiyyətdə həmrəyliyin və sosial məsuliyyətin güclənməsinə mühüm töhfə verir. Könüllü gənclər müxtəlif sahələrdə fəallıq göstərərək vətəndaş cəmiyyətinin inkişafında nümunəvi rol oynayırlar.
YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov çıxışında qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun sözlərinə görə, gənclər dövlətə və milli dəyərlərə bağlı, savadlı və təşəbbüskar ruhda formalaşır ki, bu da Azərbaycanın gələcəyi üçün möhkəm təminatdır.
2 saylı Gəncə regional ASAN Xidmət mərkəzinin direktoru Fərid Yaqubov ASAN Xidmətin gənclərin inkişafına və ictimai fəallığının artırılmasına xüsusi önəm verdiyini bildirib. O qeyd edib ki, bu gün tədbirdə iştirak edən gənclər ölkəmizin innovativ və dinamik gələcəyini təmsil edirlər.
Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Elşən Hüseynov gənclərin sağlam, fəal və vətənpərvər ruhda yetişməsinin əsas məqsədlərdən biri olduğunu vurğulayıb. O bildirib ki, Qərb regionunda gənclərin idman və ictimai fəaliyyətə cəlb olunması istiqamətində ardıcıl və sistemli işlər həyata keçirilir. Bu cür tədbirlər də həmin siyasətin bariz nümunəsidir.
Tədbirin davamında “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda film nümayiş olunub.
Sonda 2025-ci il ərzində Gəncə şəhərinin ictimai həyatında fəal iştirakına görə bir qrup gənc Gəncə Şəhər İcra Hakimiyyətinin “Təşəkkürnamə”ləri ilə təltif edilib.
Yekunda xatirə şəkili çəkdirilib.
Ganja Şura Haberleri
- 22-04-202612:38 Gəncənin Nümayəndə Heyətinin Çindao Şəhərinə Səfəri Davam Edir
- 21-04-202617:16 Niyazi Bayramovun Rəhbərlik Etdiyi Nümayəndə Heyəti Çindaoda Azərbaycan Ticarət Evinin Rəhbərliyi İlə Görüşüb
- 21-04-202616:04 Niyazi Bayramov Çindaoda Bərk Məişət Tullantılarının Emalı Müəssisəsi İlə Tanış Olub
- 21-04-202616:04 Gəncənin Nümayəndə Heyəti Tərəfindən Çindao Şəhərinin Beynəlxalq Dostluq Xiyabanında Ağac Əkilib
- 21-04-202610:01 Gəncədə 'azərbaycan Cəmiyyətində Gənclərin Milli-mənəvi Ruhda Tərbiyəsi Və Ailə Dəyərlərinin Qorunması' Mövzusunda Konfrans Keçirilib
- 20-04-202618:19 Gəncə İlə Çindao Şəhərləri Arasında Əməkdaşlıq Əlaqələri Genişlənir
- 17-04-202617:45 Gəncədə 18 Aprel – Beynəlxalq Abidələr Və Tarixi Yerlər Gününə Həsr Olunmuş Tədbir Keçirilib
- 17-04-202617:45 Gəncədə 'ııı Qida Sənayesi Və Qida Təhlükəsizliyi Forumu' Keçirilib
- 17-04-202615:20 Gəncədə 'yanğınlara Qarşı Qabaqlayıcı Tədbirlərin Səmərəliliyinin Artırılması' Mövzusunda Regional Müşavirə Keçirilib
- 17-04-202614:07 Niyazi Bayramov 'azərbaycandan Səs' Sosial Platformasının Təsisçisi İlə Görüşüb

