Test

03 mart 2026 | 12:59

Gəncə şəhərində müvafiq icazəverici sənədlər olmadan aparılan tikintilərlə bağlı nəzarət tədbirləri davam etdirilir. Belə ki, şəhərin Atatürk prospektində, Məhsəti qəsəbəsində, Şərq və Tağı Arani küçələrində qanunsuz zəbt edilməsi faktı aşkarlanaraq mövcud qanunvericiliyə uyğun tədbirlər görülüb.

Qeyd edək ki, monitorinqlər Gəncə Şəhər İcra Hakimiyyəti yanında Şəhərdə tikinti norma və qaydalarına riayət olunmadan aparılan tikintilərin müəyyən edilməsi məqsədilə yaradılan komissiya üzvlərinin, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Qərb Regional Mərkəzinin, Əmlak Məsələlər Dövlət Xidmətinin Gəncə Ərazi Şöbəsinin və hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə aparılır.

Aparılan monitorinqlər bundan sonra da mütəmadi olaraq davam etdiriləcəkdir.

Önceki Haber Prezident İlham Əliyev Gəncə Şəhərində Yerləşən Cümə Məscidində Təmir-bərpa İşlərinin Həyata Keçirilməsi Üçün Vəsait Ayrılması Haqqında Sərəncam İmzalayıb
Sonraki Haber Gəncə Şəhəri Üzrə Məşğulluğa Kömək Göstərən Əlaqələndirmə Komitəsinin Növbəti İclası Keçirilib

Yorum Yap