Test

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı M.C.Paşayev adına 39 nömrəli tam orta məktəbdə şəhər sakinləri ilə növbəti səyyar görüş keçirilib.

Görüşdə YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Əvvəlcə rəsmilər məktəbin şəhid məzunlarının əziz xatirəsinə həsr olunmuş lövhəni ziyarət edib, önünə tər çiçəklər düzüblər.

Qəbulda sakinlər tərəfindən işlə təminat, maddi yardım və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndirilib. Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbəri qaldırılan məsələlərin qısa müddətdə, qanunvericiliyə uyğun şəkildə həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verib. Bəzi müraciətlər isə araşdırılaraq həll olunması məqsədilə qeydiyyata alınıb.

Vətəndaşlar onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildirmişlər.

Qeyd edək ki, ölkə rəhbərinin tapşırıq və tövsiyələrinə uyğun olaraq, səyyar qəbullar bundan sonra da mütəmadi şəkildə davam etdiriləcək.

Önceki Haber Gəncə Şəhər İcra Hakimiyyəti 'asan Müraciət' İnformasiya Sistemi Üzrə Seçilən Qurumlardan Olub
Sonraki Haber Gəncədə Xocalı Soyqırımının Otuz Dördüncü İldönümü İlə Əlaqədar Olaraq Ümumşəhər Tədbiri Keçirilib

Yorum Yap