Niyazi Bayramov Aprel Döyüşlərində Həlak Olan Şəhidlərin Ailələrini Ziyarət Edib
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov 2016-cı ildə Aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olan Bayramov Vaqif Dilqəm oğlunun və Quliyev İnqilab Çingiz oğlunun ailə üzvlərini ziyarət edib.
Ziyarətdə YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, bələdiyyə sədrləri, həmçinin Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları da iştirak ediblər.
Şəhər rəhbəri bildirib ki, şanlı Zəfərimizin başlanğıcı məhz Aprel döyüşləri ilə qoyulub. O qeyd edib ki, 2016-cı il aprel ayının 1-dən 2-nə keçən gecə tariximizin şərəfli və qürurverici səhifələrindən biri kimi yadda qalıb. Vurğulanıb ki, həmin döyüşlərdə Azərbaycan əsgəri misilsiz şücaət və qəhrəmanlıq nümayiş etdirərək düşmənə sarsıdıcı zərbə endirib, xalqımızın döyüş ruhunu və qələbə əzmini bütün dünyaya göstərib. Şəhidlərimizin canları bahasına qazandıqları bu uğur sonrakı böyük Zəfərin möhkəm təməlini təşkil edib və onların göstərdiyi igidlik hər zaman dərin ehtiramla xatırlanacaq.
Görüşdə hər iki şəhidin keçdiyi şərəfli ömür yoluna nəzər salınıb, onların qəhrəmanlıqlarından bəhs olunub.
Şəhid ailələri öz növbələrində göstərilən diqqət və qayğı üçün Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin təşəkkürlərini bildiriblər.
Xatırladaq ki, Quliyev İnqilab Çingiz oğlu Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən “İgidliyə görə” medalı ilə (ölümündən sonra) təltif edilib. Bayramov Vaqif Dilqəm oğlu isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə (ölümündən sonra) təltif olunub.

Ganja Şura Haberleri
- 17-04-202617:45 Gəncədə 18 Aprel – Beynəlxalq Abidələr Və Tarixi Yerlər Gününə Həsr Olunmuş Tədbir Keçirilib
- 17-04-202617:45 Gəncədə 'ııı Qida Sənayesi Və Qida Təhlükəsizliyi Forumu' Keçirilib
- 17-04-202615:20 Gəncədə 'yanğınlara Qarşı Qabaqlayıcı Tədbirlərin Səmərəliliyinin Artırılması' Mövzusunda Regional Müşavirə Keçirilib
- 17-04-202614:07 Niyazi Bayramov 'azərbaycandan Səs' Sosial Platformasının Təsisçisi İlə Görüşüb
- 16-04-202615:01 Niyazi Bayramov Nizami Parkına Baxış Keçirib, Sakinlərlə Səmimi Söhbət Edib
- 16-04-202611:24 Niyazi Bayramov 'xəmsə' Uşaq Rəqs Ansamblı İlə Görüşüb
- 15-04-202619:28 Niyazi Bayramov Gəncədə Sakinlərlə Növbəti Səyyar Görüş Keçirib
- 15-04-202617:03 Kənd Təsərrüfatı Nazirliyi Yanında İctimai Şuranın Üzvləri Adau-da Olublar
- 15-04-202613:25 Gəncədə Güclü Küləyin Vurduğu Ziyanın Aradan Qaldırılması İstiqamətində Aparılan Təmir-bərpa İşləri Davam Edir
- 15-04-202609:48 Atu-da Yeni Təsis Edilən Məzunlar Assosiasiyasının İlk İclası Keçirilib

