Niyazi Bayramov 'gəncə' Basketbol Klubunun Üzvləri İlə Görüşüb

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Azərbaycan Kubokunun qalibi olan “Gəncə” Basketbol Klubunun üzvləri ilə görüş keçirib. Gəncə Şəhər İcra Hakimiyyətində keçirilən görüşdə Millət vəkili Müşfiq Cəfərov, Gəncə Şəhər Gənclər və İdman Baş idarəsinin rəisi, Aparatın məsul əməkdaşları, klubun məşqçiləri və üzvləri iştirak ediblər.
Niyazi Bayramov, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkədə idman sahəsinə olan xüsusi diqqət və qayğısından bəhs edib. Şəhər rəhbəri, həmçinin, ilk dəfə keçirilən yarışda komandanın əldə etdiyi nailiyyəti yüksək qiymətləndirib və bunun Gəncə idmanı adına xüsusi uğur olduğunu vurğulayıb. Niyazi Bayramov, komandanı əldə etdiyi qələbə münasibətilə təbrik edib və uğurlar arzulayıb.
Müşfiq Cəfərov, basketbolun Nizami yurdunda futbol qədər sevildiyini, azarkeşlərin oyunlar zamanı tribunaları doldurduğunu qeyd edib və basketbol klubuna yeni nailiyyətlər diləyib.
“Gəncə” Basketbol Klubunun məşqçisi Rizvan Səfərov, klubun fəaliyyətindən danışıb. Klubun cari mövsümdə Azərbaycan çempionatında da uğurlu çıxış etdiyini bildirib. Əlavə edib ki, kubokdakı nəticəni çempionatda da təkrarlamaq arzusundadırlar.
Komandanın kapitanı Amil Həmzəyev, ölkə kuboku uğrunda yarışın ilk dəfə keçirildiyini söyləyərək bu səbəbdən də kubokun ilk sahibində həmişəlik qalacağını bildirib.
Görüşün sonunda Niyazi Bayramova komandanın forması hədiyyə olunub. Bununla yanaşı, şəhər rəhbəri ev oyunlarına dəvət edilib.
Sonda xatirə şəkli çəkdirilib.




Ganja Şura Haberleri
- 21-04-202616:04 Niyazi Bayramov Çindaoda Bərk Məişət Tullantılarının Emalı Müəssisəsi İlə Tanış Olub
- 21-04-202616:04 Gəncənin Nümayəndə Heyəti Tərəfindən Çindao Şəhərinin Beynəlxalq Dostluq Xiyabanında Ağac Əkilib
- 21-04-202610:01 Gəncədə 'azərbaycan Cəmiyyətində Gənclərin Milli-mənəvi Ruhda Tərbiyəsi Və Ailə Dəyərlərinin Qorunması' Mövzusunda Konfrans Keçirilib
- 20-04-202618:19 Gəncə İlə Çindao Şəhərləri Arasında Əməkdaşlıq Əlaqələri Genişlənir
- 17-04-202617:45 Gəncədə 18 Aprel – Beynəlxalq Abidələr Və Tarixi Yerlər Gününə Həsr Olunmuş Tədbir Keçirilib
- 17-04-202617:45 Gəncədə 'ııı Qida Sənayesi Və Qida Təhlükəsizliyi Forumu' Keçirilib
- 17-04-202615:20 Gəncədə 'yanğınlara Qarşı Qabaqlayıcı Tədbirlərin Səmərəliliyinin Artırılması' Mövzusunda Regional Müşavirə Keçirilib
- 17-04-202614:07 Niyazi Bayramov 'azərbaycandan Səs' Sosial Platformasının Təsisçisi İlə Görüşüb
- 16-04-202615:01 Niyazi Bayramov Nizami Parkına Baxış Keçirib, Sakinlərlə Səmimi Söhbət Edib
- 16-04-202611:24 Niyazi Bayramov 'xəmsə' Uşaq Rəqs Ansamblı İlə Görüşüb

