Niyazi Bayramov 1 Nömrəli Tam Orta Məktəbdə Vətəndaşlarla Görüşüb
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbdə şəhər sakinləri ilə növbəti səyyar görüş keçirib.
Görüşdə YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Əvvəlcə rəsmilər məktəbin şəhid məzunlarının əziz xatirəsinə həsr olunmuş lövhəni ziyarət edib, önünə tər çiçəklər düzüblər.
Görüşdə sakinlər tərəfindən işlə təminat, maddi yardım və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndirilib. Şəhər rəhbəri qaldırılan məsələlərin qısa müddətdə, qanunvericiliyə uyğun şəkildə həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verib. Bəzi müraciətlər isə araşdırılaraq həll olunması məqsədilə qeydiyyata alınıb.
Vətəndaşlar onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildirmişlər.
Qeyd edək ki, ölkə rəhbərinin tapşırıq və tövsiyələrinə uyğun olaraq, səyyar qəbullar bundan sonra da mütəmadi şəkildə davam etdiriləcək.

Ganja Şura Haberleri
- 21-04-202617:16 Niyazi Bayramovun Rəhbərlik Etdiyi Nümayəndə Heyəti Çindaoda Azərbaycan Ticarət Evinin Rəhbərliyi İlə Görüşüb
- 21-04-202616:04 Niyazi Bayramov Çindaoda Bərk Məişət Tullantılarının Emalı Müəssisəsi İlə Tanış Olub
- 21-04-202616:04 Gəncənin Nümayəndə Heyəti Tərəfindən Çindao Şəhərinin Beynəlxalq Dostluq Xiyabanında Ağac Əkilib
- 21-04-202610:01 Gəncədə 'azərbaycan Cəmiyyətində Gənclərin Milli-mənəvi Ruhda Tərbiyəsi Və Ailə Dəyərlərinin Qorunması' Mövzusunda Konfrans Keçirilib
- 20-04-202618:19 Gəncə İlə Çindao Şəhərləri Arasında Əməkdaşlıq Əlaqələri Genişlənir
- 17-04-202617:45 Gəncədə 18 Aprel – Beynəlxalq Abidələr Və Tarixi Yerlər Gününə Həsr Olunmuş Tədbir Keçirilib
- 17-04-202617:45 Gəncədə 'ııı Qida Sənayesi Və Qida Təhlükəsizliyi Forumu' Keçirilib
- 17-04-202615:20 Gəncədə 'yanğınlara Qarşı Qabaqlayıcı Tədbirlərin Səmərəliliyinin Artırılması' Mövzusunda Regional Müşavirə Keçirilib
- 17-04-202614:07 Niyazi Bayramov 'azərbaycandan Səs' Sosial Platformasının Təsisçisi İlə Görüşüb
- 16-04-202615:01 Niyazi Bayramov Nizami Parkına Baxış Keçirib, Sakinlərlə Səmimi Söhbət Edib

