Yap Gəncə Şəhər Təşkilatında 8 Mart – Beynəlxalq Qadınlar Gününə Həsr Olunmuş Tədbir Keçirilib

Gəncə Şəhər İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının birgə təşkilatçılığı ilə 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş bayram tədbiri keçirilib.
YAP Gəncə şəhər təşkilatının inzibati binasında keçirilən tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı, Türkiyənin Gəncədəki Baş konsulu, YAP Gəncə şəhər təşkilatının sədri, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, Azərbaycan Texnologiya Universitetinin rektoru, Gəncə Tibb Kollecinin direktoru, Əməkdar həkim, eləcə də idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardından Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı qadınları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edərək, Azərbaycan qadınlarının cəmiyyətin inkişafında mühüm rol oynadıqlarını bildirib və dövlət tərəfindən qadın hüquqlarının qorunmasına xüsusi diqqət yetirildiyini vurğulayıb.
YAP Gəncə şəhər təşkilatının sədri çıxışında Azərbaycan qadınlarının zəkası, biliyi və fədakarlığı ilə cəmiyyət həyatında mühüm yer tutduğunu qeyd edib.
Türkiyənin Gəncədəki Baş konsulu və Gəncə Tibb Kollecinin direktoru isə çıxışlarında qadınların cəmiyyətin müxtəlif sahələrində böyük uğurlara imza atdıqlarını qeyd ediblər.
Daha sonra Gəncə şəhərinin ictimai-siyasi və sosial-mədəni həyatında fəallığı ilə seçilən bir qrup xanıma YAP Gəncə şəhər təşkilatının “Təqdirnamə”ləri təqdim olunub.
Bayram tədbiri Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.
Ganja Şura Haberleri
- 21-04-202610:01 Gəncədə 'azərbaycan Cəmiyyətində Gənclərin Milli-mənəvi Ruhda Tərbiyəsi Və Ailə Dəyərlərinin Qorunması' Mövzusunda Konfrans Keçirilib
- 20-04-202618:19 Gəncə İlə Çindao Şəhərləri Arasında Əməkdaşlıq Əlaqələri Genişlənir
- 17-04-202617:45 Gəncədə 18 Aprel – Beynəlxalq Abidələr Və Tarixi Yerlər Gününə Həsr Olunmuş Tədbir Keçirilib
- 17-04-202617:45 Gəncədə 'ııı Qida Sənayesi Və Qida Təhlükəsizliyi Forumu' Keçirilib
- 17-04-202615:20 Gəncədə 'yanğınlara Qarşı Qabaqlayıcı Tədbirlərin Səmərəliliyinin Artırılması' Mövzusunda Regional Müşavirə Keçirilib
- 17-04-202614:07 Niyazi Bayramov 'azərbaycandan Səs' Sosial Platformasının Təsisçisi İlə Görüşüb
- 16-04-202615:01 Niyazi Bayramov Nizami Parkına Baxış Keçirib, Sakinlərlə Səmimi Söhbət Edib
- 16-04-202611:24 Niyazi Bayramov 'xəmsə' Uşaq Rəqs Ansamblı İlə Görüşüb
- 15-04-202619:28 Niyazi Bayramov Gəncədə Sakinlərlə Növbəti Səyyar Görüş Keçirib
- 15-04-202617:03 Kənd Təsərrüfatı Nazirliyi Yanında İctimai Şuranın Üzvləri Adau-da Olublar

