Niyazi Bayramov 18 Nömrəli Tam Orta Məktəbdə Vətəndaşlarla Görüşüb
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov N.Aydın adına 18 nömrəli tam orta məktəbdə şəhər sakinləri ilə növbəti səyyar görüş keçirib.
Görüşdə YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Əvvəlcə rəsmilər məktəbin şəhid məzunlarının əziz xatirəsinə həsr olunmuş lövhəni ziyarət edib, önünə tər çiçəklər düzüblər.
Görüşdə sakinlər tərəfindən işlə təminat, maddi yardım və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndirilib. Şəhər rəhbəri qaldırılan məsələlərin qısa müddətdə, qanunvericiliyə uyğun şəkildə həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verib. Bəzi müraciətlər isə araşdırılaraq həll olunması məqsədilə qeydiyyata alınıb.
Vətəndaşlar onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.
Qəbuldan sonra Niyazi Bayramov N.Aydın adına 18 nömrəli tam orta məktəbin həyətində şagirdlərlə görüşüb. Şəhər rəhbəri onların asudə vaxtlarını səmərəli keçirmələrinin, təhsilə və idmana maraq göstərmələrinin vacibliyini vurğulayaraq öz tövsiyələrini verib.
Sonda məktəblilərlə xatirə şəkli çəkdirilib.













Ganja Şura Haberleri
- 17-04-202617:45 Gəncədə 18 Aprel – Beynəlxalq Abidələr Və Tarixi Yerlər Gününə Həsr Olunmuş Tədbir Keçirilib
- 17-04-202617:45 Gəncədə 'ııı Qida Sənayesi Və Qida Təhlükəsizliyi Forumu' Keçirilib
- 17-04-202615:20 Gəncədə 'yanğınlara Qarşı Qabaqlayıcı Tədbirlərin Səmərəliliyinin Artırılması' Mövzusunda Regional Müşavirə Keçirilib
- 17-04-202614:07 Niyazi Bayramov 'azərbaycandan Səs' Sosial Platformasının Təsisçisi İlə Görüşüb
- 16-04-202615:01 Niyazi Bayramov Nizami Parkına Baxış Keçirib, Sakinlərlə Səmimi Söhbət Edib
- 16-04-202611:24 Niyazi Bayramov 'xəmsə' Uşaq Rəqs Ansamblı İlə Görüşüb
- 15-04-202619:28 Niyazi Bayramov Gəncədə Sakinlərlə Növbəti Səyyar Görüş Keçirib
- 15-04-202617:03 Kənd Təsərrüfatı Nazirliyi Yanında İctimai Şuranın Üzvləri Adau-da Olublar
- 15-04-202613:25 Gəncədə Güclü Küləyin Vurduğu Ziyanın Aradan Qaldırılması İstiqamətində Aparılan Təmir-bərpa İşləri Davam Edir
- 15-04-202609:48 Atu-da Yeni Təsis Edilən Məzunlar Assosiasiyasının İlk İclası Keçirilib

