Test

Azərbaycan Texnologiya Universitetində (ATU) Novruz bayramı münasibətilə şənlik keçirilib. Tədbirdə universitetin rektoru, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini, müharibə iştirakçıları, universitet əməkdaşları və tələbələr iştirak ediblər.

Bayram proqramı çərçivəsində müxtəlif musiqi kollektivlərinin, həmçinin ATU-nun Bədii Yaradıcılıq Mərkəzində fəaliyyət göstərən tələbələrin çıxışları təqdim olunub, milli rəqslər nümayiş etdirilib.

Universitetin həyətində təşkil olunan şənlikdə Novruz ənənələrini əks etdirən süfrələr qurulub, fakültələr arasında kəndirdartma yarışı baş tutub. Bayramın rəmzləri olan Kosa və Keçəl iştirakçılara xüsusi ovqat bəxş edib.

Şənliyin sonunda bayram tonqalı alovlandırılıb.

Önceki Haber Gəncə 'dünya Məktəbi'ndə 'paxlava' Festivalı Keçirilib
Sonraki Haber Gəncədə İlaxır Çərşənbə Və Novruz Bayramı Qeyd Olunub

Yorum Yap