Test

Festivalda Gəncə Şəhər və Samux Rayon İcra Hakimiyyətlərinin nümayəndələri, ölkənin müxtəlif bölgələrindən gəlmiş sənətkarlar, misgərlər, dülgərlər, incəsənət xadimləri, şirniyyat ustaları, eləcə də Gəncə və ətraf regionların məktəbliləri iştirak ediblər.

Tədbirin rəsmi hissəsində tanınmış alim və ictimai xadim, professor Hamlet İsaxanlı, “Dünya Məktəbi” MMC-nin direktoru Aygün İsayeva və Gəncə Şəhər İcra Hakimiyyətinin Şəhərin mədəni irsinin qorunması sektorunun müdiri Yadigar Bədəlov çıxış edərək iştirakçıları Novruz bayramı münasibətilə təbrik ediblər.

Natiqlər Novruzun Azərbaycan xalqının minilliklər boyu qoruyub saxladığı zəngin mədəni irsin, milli birlik və həmrəylik ənənələrinin parlaq təcəssümü olduğunu vurğulayıb, bu cür tədbirlərin gənc nəslin milli dəyərlər ruhunda yetişməsində mühüm rol oynadığını qeyd ediblər.

Festival boyunca təqdim olunan rəngarəng proqram tədbirə xüsusi canlılıq qatıb. Milli və müasir rəqslər, kəndirbazların ustalıqla nümayiş etdirdikləri maraqlı performanslar, həmçinin ənənəvi xalq sənətkarlığı nümunələri iştirakçıların böyük marağına səbəb olub.

Bayram süfrəsinin ayrılmaz hissəsi olan milli təamlar da festivalın ən diqqət çəkən məqamlarından biri olub.

Önceki Haber Gəncədə Şəhid Ailələri Üçün İftar Süfrəsi Təşkil Olunub
Sonraki Haber Atu-da Novruz Bayramı Qeyd Olunub

Yorum Yap