Gəncədə Şəhid Ailələri Üçün İftar Süfrəsi Təşkil Olunub
Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı Proqram Koordinatorluğu və Türkiyənin Gəncə şəhərindəki Baş Konsulluğunun təşkilatçılığı ilə şəhid ailələri üçün “Könül süfrəmiz” adlı iftar süfrəsi təşkil olunub.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı Proqram Koordinatorluğunun direktor müavini Kürşat Özdemir, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki Baş konsulu Kaxaber Abdaladze, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, QMİ Qazılar Şurasının üzvü Hacı Tahir Abbasov, idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də şəhid ailələri iştirak ediblər.
Çıxış edən natiqlər Ramazan ayının mənəvi dəyərlərindən, şəhid ailələrinə göstərilən diqqət və qayğıdan söz açaraq, belə tədbirlərin həmrəylik və birlik rəmzi olduğunu bildiriblər. Qeyd olunub ki, şəhidlərimizin xatirəsi hər zaman uca tutulur və onların ailələri dövlətin daim diqqət mərkəzindədir.
Daha sonra din xadimi tərəfindən dualar oxunub və iftar süfrəsi açılıb.
Sonda xatirə şəkli çəkdirilib.


















Ganja Şura Haberleri
- 17-04-202617:45 Gəncədə 18 Aprel – Beynəlxalq Abidələr Və Tarixi Yerlər Gününə Həsr Olunmuş Tədbir Keçirilib
- 17-04-202617:45 Gəncədə 'ııı Qida Sənayesi Və Qida Təhlükəsizliyi Forumu' Keçirilib
- 17-04-202615:20 Gəncədə 'yanğınlara Qarşı Qabaqlayıcı Tədbirlərin Səmərəliliyinin Artırılması' Mövzusunda Regional Müşavirə Keçirilib
- 17-04-202614:07 Niyazi Bayramov 'azərbaycandan Səs' Sosial Platformasının Təsisçisi İlə Görüşüb
- 16-04-202615:01 Niyazi Bayramov Nizami Parkına Baxış Keçirib, Sakinlərlə Səmimi Söhbət Edib
- 16-04-202611:24 Niyazi Bayramov 'xəmsə' Uşaq Rəqs Ansamblı İlə Görüşüb
- 15-04-202619:28 Niyazi Bayramov Gəncədə Sakinlərlə Növbəti Səyyar Görüş Keçirib
- 15-04-202617:03 Kənd Təsərrüfatı Nazirliyi Yanında İctimai Şuranın Üzvləri Adau-da Olublar
- 15-04-202613:25 Gəncədə Güclü Küləyin Vurduğu Ziyanın Aradan Qaldırılması İstiqamətində Aparılan Təmir-bərpa İşləri Davam Edir
- 15-04-202609:48 Atu-da Yeni Təsis Edilən Məzunlar Assosiasiyasının İlk İclası Keçirilib

