Test

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də ictimaiyyət nümayəndələri qonaq qismində iştirak ediblər.
Konsert proqramı görkəmli Azərbaycan bəstəkarı Vasif Adıgözəlovun “Çanaqqala 1915” oratoriyasının təqdimatı ilə davam edib. Musiqili gecədə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (dirijor: Yalçın Adıgözəlov) və Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər: Gülbacı İmanova) çıxış ediblər.
Gecədə solistlər Selcan Demir (soprano), Günel Əzizova (mezzo-soprano), Samir Cəfərov (tenor), Mahir Tağızadə (bariton) və Nizami Mehdiyev (bas) öz ifaları ilə tamaşaçılara unudulmaz anlar yaşadıblar.
Konsert proqramından sonra Niyazi Bayramov yaradıcı kollektivlə görüşüb, onlarla səmimi söhbət aparıb və fəaliyyətlərində uğurlar arzulayıb.

Önceki Haber 'gəncə Kob Evi'nin Açılış Mərasimi Olub
Sonraki Haber 31 Mart Soyqırımından 108 İl Ötür

Yorum Yap