'gəncə Kob Evi'nin Açılış Mərasimi Olub
Gəncə şəhərində sayca beşinci KOB Evi fəaliyyətə başlayıb. Bununla əlaqədar olaraq mərkəzin açılış mərasimi keçirilib.
Mərasimdə Gəncə şəhəri icra hakimiyyətinin başçısı Niyazi Bayramov, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi Şahin Eyyubov, Gəncə şəhər prokuroru Rauf Gözəlov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, eləcə də regionda fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.
Bildirilib ki, “Gəncə KOB Evi”ndə dövlət və özəl qurumlar tərəfindən sahibkarlara 80-dən çox xidmət göstəriləcək. Mərkəzdə 15 dövlət qurumu – İqtisadiyyat, Kənd Təsərrüfatı, Əmək və Əhalinin Sosial Müdafiəsi, Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirlikləri, Dövlət Vergi Xidməti, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, Dövlət Reklam Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Dövlət Gömrük Komitəsi, “Azəriqaz” İB, “Azərişıq” ASC, ADSEA və Gəncə şəhəri icra hakimiyyəti tərəfindən müxtəlif xidmətlər təqdim olunacaq.
Sahibkarlar burada biznesin qeydiyyatı, vergi və gömrük əməliyyatları, ixrac prosedurları, lisenziyaların alınması, mənşə sertifikatlarının verilməsi, açıq məkanda reklam yerləşdirilməsi, nəqliyyat vasitələri üçün fərqlənmə nişanlarının əldə olunması, investisiya təşviqi sənədinin alınması, qida təhlükəsizliyi, baytarlıq və bitki mühafizəsi, ekoloji icazələr, sosial müdafiə və məşğulluq, həmçinin kommunal xidmətlərə qoşulma ilə bağlı müraciət edə bilərlər.
Bununla yanaşı, KOB Evində özəl sektor tərəfindən bank, sığorta, konsaltinq, lizinq və tərcümə kimi “B2B” xidmətlər də təqdim olunacaq. Ümumilikdə, mərkəzdə 33 xidmət pəncərəsi fəaliyyət göstərəcək və sahibkarlara “G2B” və “B2B” xidmətlər vahid məkanda təqdim ediləcək. Gəncə şəhəri ilə yanaşı, ətraf şəhər və rayonların sahibkarları da bu xidmətlərdən yararlana biləcəklər.
Binada sahibkarlara dəstək məqsədilə Gəncə KOB İnkişaf Mərkəzi və KOB dostu ofisi də fəaliyyət göstərəcək. Bu qurumlar tərəfindən biznes ideyalarının reallaşdırılması, təlimlərin təşkili, biznes planların hazırlanması və şəbəkələşmə kimi xidmətlər təqdim olunacaq. Eyni zamanda, mərkəzdə sahibkarlarla görüş və tədbirlərin keçirilməsi üçün konfrans zalı, iş otaqları və digər zəruri infrastruktur yaradılıb. İki mərtəbədən ibarət binanın ümumi sahəsi 2156 kvadratmetrdir.
Qeyd edək ki, “Gəncə KOB Evi” Kəpəz rayonu, Zərifə Əliyeva prospekti 166 ünvanında yerləşir. Mərkəz həftə içi 5 gün, saat 09:00-dan 18:00-dək fəaliyyət göstərəcək.






Ganja Şura Haberleri
- 17-04-202617:45 Gəncədə 18 Aprel – Beynəlxalq Abidələr Və Tarixi Yerlər Gününə Həsr Olunmuş Tədbir Keçirilib
- 17-04-202617:45 Gəncədə 'ııı Qida Sənayesi Və Qida Təhlükəsizliyi Forumu' Keçirilib
- 17-04-202615:20 Gəncədə 'yanğınlara Qarşı Qabaqlayıcı Tədbirlərin Səmərəliliyinin Artırılması' Mövzusunda Regional Müşavirə Keçirilib
- 17-04-202614:07 Niyazi Bayramov 'azərbaycandan Səs' Sosial Platformasının Təsisçisi İlə Görüşüb
- 16-04-202615:01 Niyazi Bayramov Nizami Parkına Baxış Keçirib, Sakinlərlə Səmimi Söhbət Edib
- 16-04-202611:24 Niyazi Bayramov 'xəmsə' Uşaq Rəqs Ansamblı İlə Görüşüb
- 15-04-202619:28 Niyazi Bayramov Gəncədə Sakinlərlə Növbəti Səyyar Görüş Keçirib
- 15-04-202617:03 Kənd Təsərrüfatı Nazirliyi Yanında İctimai Şuranın Üzvləri Adau-da Olublar
- 15-04-202613:25 Gəncədə Güclü Küləyin Vurduğu Ziyanın Aradan Qaldırılması İstiqamətində Aparılan Təmir-bərpa İşləri Davam Edir
- 15-04-202609:48 Atu-da Yeni Təsis Edilən Məzunlar Assosiasiyasının İlk İclası Keçirilib

