Test

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov 37 nömrəli tam orta məktəbdə növbəti dəfə şəhər sakinləri ilə səyyar qəbul keçirib. Qəbulda YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Əvvəlcə rəsmilər məktəbin foyesində Novruz bayramı münasibətilə təşkil olunmuş sərgiyə baxış keçiriblər.

Niyazi Bayramov qəbulda iştirak edən vətəndaşları karşıdan gələn Novruz və Ramazan bayramları münasibətilə təbrik edib, hər birinə cansağlığı arzulayıb.

Daha sonra sakinlərin müraciətləri dinlənilib. Müraciətlər arasında işlə təminat, maddi yardım və digər məsələlər yer alıb. İcra başçısı qaldırılan problemlərin operativ həlli üçün müvafiq tapşırıqlar verib. Bir çox məsələlər yerindəcə həllini tapıb, digərləri isə araşdırılaraq qanunvericiliyə uyğun şəkildə icra olunmaq üçün qeydiyyata götürülüb.

Sakinlər göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Önceki Haber Gəncədə Çanaqqala Zəfərinin İldönümü Qeyd Olunub
Sonraki Haber Niyazi Bayramov Asudə Vaxtında Şəhər Sakinləri İlə Görüşüb

Yorum Yap