Gəncədə Çanaqqala Zəfərinin İldönümü Qeyd Olunub
Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi və Türkiyənin Gəncədəki Baş Konsulluğunun təşkilatçılığı ilə 18 Mart – Çanaqqala Zəfərinin 111-ci, Türkiyənin İstiqlal Marşının qəbul edilməsinin isə 105-ci ildönümü münasibətilə tədbir keçirilib.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, DQİDK-nin Gəncə-Daşkəsən Regional Bölməsinin müdiri Həsən Məmmədov, həmçinin Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə rəsmilər Qafqaz İslam Ordusunun şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə tər güllər düzüblər.
Türkiyənin Gəncədəki Baş Konsulluğunda davam edən tədbirdə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib, Çanaqqala şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, ruhlarına dualar oxunub.
Anım mərasimində çıxış edən Recep Öztop Vətən uğrunda canından keçmiş türk və Azərbaycan şəhidlərini yad edərək qazanılan zəfərlərin əbədi olmasını arzulayıb. O bildirib ki, Çanaqqala zəfəri məhv olmaq təhlükəsi ilə üz-üzə qalan bir ölkənin qazandığı şanlı qələbədir və türk millətinin gücünü, sarsılmaz iradəsini nümayiş etdirir. Baş konsul, həmçinin Türkiyə ilə Azərbaycan arasında mövcud olan tarixi dostluq və qardaşlıq münasibətlərinə toxunaraq vurğulayıb ki, Türkiyə dövləti daim Azərbaycanın yanındadır və hər sahədə dəstək göstərməyə hazırdır. O, Çanaqqala Zəfərindən ilhamlanaraq İstiqlal Marşını qələmə alan dahi şair Mehmet Akif Ərsoyu da hörmətlə anıb.
Niyazi Bayramov çıxışında qeyd edib ki, Çanaqqala Zəfəri Türkiyə xalqının azadlıq və müstəqillik uğrunda apardığı misilsiz mübarizənin rəmzidir. Bu zəfər eyni zamanda Azərbaycan və Türkiyə xalqları arasında mövcud olan qardaşlıq və həmrəyliyin dərin köklərə malik olduğunu bir daha sübut edir. O vurğulayıb ki, Çanaqqala yalnız bir döyüş deyil, bütöv bir millətin iradəsinin, vətən sevgisinin və qəhrəmanlığının təcəssümüdür. “Çanaqqala keçilməz” ifadəsi ilə tarixə həkk olunan bu zəfər gələcək nəsillərə əsl qəhrəmanlıq nümunəsi kimi miras qalıb.
Sonda Mehmet Akif Ərsoyun həyatından bəhs edən sənədli film, eləcə də Çanaqqala döyüşü və şəhidlərinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Ganja Şura Haberleri
- 17-04-202617:45 Gəncədə 18 Aprel – Beynəlxalq Abidələr Və Tarixi Yerlər Gününə Həsr Olunmuş Tədbir Keçirilib
- 17-04-202617:45 Gəncədə 'ııı Qida Sənayesi Və Qida Təhlükəsizliyi Forumu' Keçirilib
- 17-04-202615:20 Gəncədə 'yanğınlara Qarşı Qabaqlayıcı Tədbirlərin Səmərəliliyinin Artırılması' Mövzusunda Regional Müşavirə Keçirilib
- 17-04-202614:07 Niyazi Bayramov 'azərbaycandan Səs' Sosial Platformasının Təsisçisi İlə Görüşüb
- 16-04-202615:01 Niyazi Bayramov Nizami Parkına Baxış Keçirib, Sakinlərlə Səmimi Söhbət Edib
- 16-04-202611:24 Niyazi Bayramov 'xəmsə' Uşaq Rəqs Ansamblı İlə Görüşüb
- 15-04-202619:28 Niyazi Bayramov Gəncədə Sakinlərlə Növbəti Səyyar Görüş Keçirib
- 15-04-202617:03 Kənd Təsərrüfatı Nazirliyi Yanında İctimai Şuranın Üzvləri Adau-da Olublar
- 15-04-202613:25 Gəncədə Güclü Küləyin Vurduğu Ziyanın Aradan Qaldırılması İstiqamətində Aparılan Təmir-bərpa İşləri Davam Edir
- 15-04-202609:48 Atu-da Yeni Təsis Edilən Məzunlar Assosiasiyasının İlk İclası Keçirilib

