Test

Gəncə şəhərində müvafiq icazəverici sənədlər olmadan aparılan tikintilərlə bağlı nəzarət tədbirləri davam etdirilir. Cavadxan qəsəbəsində və M.Cəfərov küçəsinin ətrafında torpaq sahələrinin qanunsuz zəbt edilməsi faktları aşkar edilərək mövcud qanunvericiliyə uyğun tədbirlər görülüb.

Qeyd edək ki, monitorinqlər Gəncə Şəhər İcra Hakimiyyəti yanında şəhərdə tikinti norma və qaydalarına riayət olunmadan aparılan tikintilərin müəyyən edilməsi məqsədilə yaradılmış komissiyanın üzvləri, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Qərb Regional Mərkəzinin, Əmlak Məsələləri Dövlət Xidmətinin Gəncə Ərazi Şöbəsinin və hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə aparılır.

Aparılan monitorinqlərin bundan sonra da mütəmadi olaraq davam etdirilməsi nəzərdə tutulur.

Önceki Haber Gəncədə Beynəlxalq Konfrans Keçirilib
Sonraki Haber Niyazi Bayramov Gəncə Dövlət Aqrar Kollecində Vətəndaşlarla Görüşüb

Yorum Yap