Gəncədə Beynəlxalq Konfrans Keçirilib
Gəncə şəhərində I Türkoloji Qurultayın 100 illiyi və dahi Azərbaycan şairi Nizami Gəncəvinin anım günü münasibətilə beynəlxalq konfrans təşkil olunub.
Konfransda Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi Nail Məmmədov, Nizami Gəncəvi Muzeyinin direktoru Teymur Əliyev, AMEA Gəncə Bölməsinin sədr müavini Əlimuxtar Muxtarov, elm və mədəniyyət xadimləri, ziyalılar və gənclər iştirak ediblər.
Əvvəlcə qonaqlar Nizami Gəncəvi Məqbərəsini ziyarət edərək böyük mütəfəkkirin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar. Daha sonra mövzu ilə bağlı sərgiyə baxış keçirilib.
Çıxış edən natiqlər I Türkoloji Qurultayın türk dünyasının elmi-mədəni əlaqələrinin inkişafında mühüm rolundan, eləcə də Nizami Gəncəvinin zəngin ədəbi irsinin bəşəri əhəmiyyətindən bəhs ediblər.
Qeyd edək ki, konfrans Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin və Türkiyənin Gəncədəki Baş Konsulluğunun təşkilatçılığı ilə keçirilib.











Ganja Şura Haberleri
- 17-04-202617:45 Gəncədə 18 Aprel – Beynəlxalq Abidələr Və Tarixi Yerlər Gününə Həsr Olunmuş Tədbir Keçirilib
- 17-04-202617:45 Gəncədə 'ııı Qida Sənayesi Və Qida Təhlükəsizliyi Forumu' Keçirilib
- 17-04-202615:20 Gəncədə 'yanğınlara Qarşı Qabaqlayıcı Tədbirlərin Səmərəliliyinin Artırılması' Mövzusunda Regional Müşavirə Keçirilib
- 17-04-202614:07 Niyazi Bayramov 'azərbaycandan Səs' Sosial Platformasının Təsisçisi İlə Görüşüb
- 16-04-202615:01 Niyazi Bayramov Nizami Parkına Baxış Keçirib, Sakinlərlə Səmimi Söhbət Edib
- 16-04-202611:24 Niyazi Bayramov 'xəmsə' Uşaq Rəqs Ansamblı İlə Görüşüb
- 15-04-202619:28 Niyazi Bayramov Gəncədə Sakinlərlə Növbəti Səyyar Görüş Keçirib
- 15-04-202617:03 Kənd Təsərrüfatı Nazirliyi Yanında İctimai Şuranın Üzvləri Adau-da Olublar
- 15-04-202613:25 Gəncədə Güclü Küləyin Vurduğu Ziyanın Aradan Qaldırılması İstiqamətində Aparılan Təmir-bərpa İşləri Davam Edir
- 15-04-202609:48 Atu-da Yeni Təsis Edilən Məzunlar Assosiasiyasının İlk İclası Keçirilib

