Gəncədə Daxili Qoşunların Yaranmasının 34-cü İldönümü Qeyd Olunub
Gəncədə Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının yaranmasının 34-cü ildönümü ilə bağlı tədbir keçirilib. Tədbir Daxili Qoşunların Gəncə şəhərində yerləşən N saylı hərbi hissəsində baş tutub. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı, Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru, Gəncə Şəhər Prokuroru, Daxili Qoşunların N saylı Hərbi hissəsinin komandiri, polkovnik və digər rəsmi şəxslər, həmçinin N saylı hərbi hissənin şəxsi heyəti, şəhid ailələri və müharibə veteranları tədbirdə iştirak ediblər.
Əvvəlcə N saylı hərbi hissənin ərazisində şəhidlərin xatirəsinə ucaldılan abidə ziyarət olunub və önünə tər çiçəklər düzülüb. Tədbirdə Ulu Öndər Heydər Əliyevin, eləcə də Azərbaycan müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxışlarda Daxili Qoşunların ölkədə ictimai asayişin qorunması, təhlükəsizliyin təmin edilməsi və dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində gördüyü mühüm işlərdən danışılıb. Bildirilib ki, Daxili Qoşunlar hər zaman dövlətə və xalqa sədaqətlə xidmət edir və ictimai təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır. Vətən müharibəsi dövründə və antiterror əməliyyatları zamanı Daxili Qoşunların şəxsi heyəti yüksək peşəkarlıq və fədakarlıq nümayiş etdirərək üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirib.
Tədbir çərçivəsində Daxili Qoşunların yaranmasının 34-cü ildönümü və qarşıdan gələn Novruz bayramı münasibətilə şəxsi heyət təbrik olunub, xidmətdə fərqlənən hərbi qulluqçular təltif edilib, şəhid ailələrinin üzvlərinə isə hədiyyələr təqdim edilib.
Ganja Şura Haberleri
- 17-04-202617:45 Gəncədə 18 Aprel – Beynəlxalq Abidələr Və Tarixi Yerlər Gününə Həsr Olunmuş Tədbir Keçirilib
- 17-04-202617:45 Gəncədə 'ııı Qida Sənayesi Və Qida Təhlükəsizliyi Forumu' Keçirilib
- 17-04-202615:20 Gəncədə 'yanğınlara Qarşı Qabaqlayıcı Tədbirlərin Səmərəliliyinin Artırılması' Mövzusunda Regional Müşavirə Keçirilib
- 17-04-202614:07 Niyazi Bayramov 'azərbaycandan Səs' Sosial Platformasının Təsisçisi İlə Görüşüb
- 16-04-202615:01 Niyazi Bayramov Nizami Parkına Baxış Keçirib, Sakinlərlə Səmimi Söhbət Edib
- 16-04-202611:24 Niyazi Bayramov 'xəmsə' Uşaq Rəqs Ansamblı İlə Görüşüb
- 15-04-202619:28 Niyazi Bayramov Gəncədə Sakinlərlə Növbəti Səyyar Görüş Keçirib
- 15-04-202617:03 Kənd Təsərrüfatı Nazirliyi Yanında İctimai Şuranın Üzvləri Adau-da Olublar
- 15-04-202613:25 Gəncədə Güclü Küləyin Vurduğu Ziyanın Aradan Qaldırılması İstiqamətində Aparılan Təmir-bərpa İşləri Davam Edir
- 15-04-202609:48 Atu-da Yeni Təsis Edilən Məzunlar Assosiasiyasının İlk İclası Keçirilib

