Test
20 fevral 2026 | 11:28

Gəncə şəhərində “Ramazan ayı: İslamın iftar mədəniyyəti və həmrəylik ruhu” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın regional bölməsinin müdiri Həsən Məmmədov, Qafqaz Müsəlmanları İdarəsinin qazıları Hacı HacıHhTahir Abbasov, Anar Orucov, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxışlarda Ramazan ayının bütün müsəlman dünyasında birlik, bərabərlik ayı olduğu qeyd edilib. Dini həmrəyliyin bu ayda da qorunub saxlanılması üçün din xadimlərinin və dini icmaların üzərinə böyük məsuliyyət düşdüyü vurğulanıb.

Tədbirin sonunda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb.

Önceki Haber Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi Növbəti Sosial Layihəyə Start Verib
Sonraki Haber Gəncədə Uşaq Səfirlər Məclisinin Regional Nümayəndələri Və Fəallarla Görüş Keçirilib

Yorum Yap