Test

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov QMİ Qazılar Şurasının üzvü Hacı Tahir Abbasovu 60, Nizami Bələdiyyəsinin sədri Qoşqar Məmmədovu isə 50 illik yubileyləri münasibətilə təbrik edib. Bununla əlaqədar Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasında görüş təşkil olunub.

Görüşdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə-Daşkəsən Regional bölməsinin müdiri Həsən Məmmədov, Kəpəz Bələdiyyəsinin sədri Yaşar Abdullayev və İcra Hakimiyyəti Aparatının məsul əməkdaşları iştirak ediblər.

Niyazi Bayramov yubilyarları təbrik edərək onların uzun illər ərzində fəaliyyət göstərdikləri sahələrdə səmərəli iş apardıqlarını, şəhərin ictimai və dini həyatında fəal rol oynadıqlarını bildirərək, uğurlar arzulayıb.

Hacı Tahir Abbasov və Qoşqar Məmmədov öz növbələrində göstərilən diqqətə görə şəhər rəhbərinə təşəkkürlərini bildiriblər.

Daha sonra Niyazi Bayramov tərəfindən hər iki yubilyara “Təşəkkürnamə”lər və hədiyyələr təqdim olunub.

Önceki Haber Gəncənin Baş Planı Təsdiqlənib
Sonraki Haber Gəncədə Azərbaycan Və Türkiyəli Tələbələr Üçün İftar Süfrəsi Təşkil Olunub

Yorum Yap