Test
10 aprel 2026 | 14:36

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Aparatın məsul əməkdaşları ilə birgə Nizami Bələdiyyəsi tərəfindən 20 Yanvar faciəsi və 1990-cı ilin şəhidlərinin məzarları ətrafında aparılan təmir və abadlıq işlərinə yerində baxış keçirib.

Nizami Bələdiyyəsinin sədri Qoşqar Məmmədov şəhər rəhbərinə məlumat verərək bildirib ki, ümumi ərazisi 710 kv.m olan sahənin 350 kv.m hissəsində tamet örtüyü yenisi ilə əvəz olunub, 280 p.m yol kənarı bordürlər yenilənib, 100 metr yol təmizlənərək hamarlanıb.

Niyazi Bayramov qeyd edib ki, şəhidlərimizin xatirəsinin uca tutulması, onların məzarlarının daim səliqəli saxlanılması və ətraf mühitin abadlaşdırılması istiqamətində işlər mütəmadi olaraq davam etdirilməlidir. Şəhər rəhbəri görülən işlərlə tanış olaraq aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.

Eyni zamanda Niyazi Bayramov abadlıq aparılan ərazidə yerləşən şəhid məzarlarını ziyarət edərək önünə gül dəstələri düzüb.

Önceki Haber 'parlayan Ziya' Layihəsi Çərçivəsində Gəncə Üzrə Əlaqələndirici Şura Yaradılıb
Sonraki Haber 'parlayan Ziya Gəncədə: Elm Və Sənətin İşığında' Adlı İlk Görüş Təşkil Edilib

Yorum Yap